Agentlik mərkəzi: USAİDin Mobil Pul proqramı Əfqanlara öz maddi gələcəkləri üzərində idarəçiliv verir

Posted on at

This post is also available in:

 Əksər amerikalılar, maliyyə məsələlərini elektron yolla həll edirlər.  Əfqanlar, necəsə, müharibənin xərərlərindən sonra öz iqtisadiyyat və infrastukturlarını tədricən bərpa etməkdən zövq alırlar. Mobile Money bir sistem kimi, əvvəllər nəğd pullarını fondlara yatıran, beləliklə daha geniş maliyyə imkanları və öz gələcəkləri üzərində idarəçilik əldə edən Əfqanları dəstəkləmək üçündür. 

Sistem belə fəaliyyət göstərir: İsifadəçi Mobile Money operatoruyla əlaqə yaradır, qeydiyyatdan keçir və elektron portmanetini aktivləşdirir. Bundan sonra o, hesabına yatırmaq istədiyi pulu cari Mobile Money vasitəçisinə təqdim edir. Bununla təqdim olunan məbləğ elektron pula çevrilir və istifadəçi bu pulu hesabında saxlaya, ödənişlər edə, dostlarına və ailəsinə göndərə və hətta sərmayə yatıra bilər. Bütün köçürmələr təhlükəsiz olaraq həyata keçirilir və istifadəçi pulun itməsindən narahat olmamlıdır, necə ki o içi dolu pul qabını yolda itirə bilər. İstifadəçi mobil telefonunu itirdiyi halda, yenisini əldə edə, Mobile Money operatoru ilə əlaqə yarada və hesabını bağlatdıra bilər. 

Hal-hazırda Əfqanıstanda Mobile Money sistemi üçün müvafiq sınaq proqramları keçirilir. Məqsəd, Mobile Money sisteminin ölkənin sərhədlərindən kənarda da icrasına nail olmaqdı. Prosedur uğurla həyata keçirildiyi təqdirdə Əfqanıstanın iqtisadiyyatına güclü təkan verəcək. 

Aşağıda USAID-in videosunu izləyə bilərsiz 

                                                                                                   

Mobile Money konsepti artıq biznes icmasında da hallanmaqdadır. Əfqanıstanın elektrik enerji təchizatı şirkəti DABS( Da Afghanistan Breshna Sherkat) bu yaxınlarda Etisalat Əfqanıstan mobil operatoru ilə birgə tamamilə yeni bir xidmətin əsasını qoydu. Bununla, DABS müştəriləri mobil telefonları vasitəsilə elektrik borclarını öyrənə və ödəniş edə bilərlər. Layihənin icrası USAID-in ( U.S. Agency for International Development- Beynəlxalq inkişaf üçün ABŞ agentliyi) Etisalata ayırdığı qrant sayəsində həyata keçirildi.

Servisə qoşulmaq üçün, müştərilər sadəcə ən son elektrik çekləri və şəxsiyyət vəsiqələri ilə birgə yaxınlıqdakı  Etisalat filialına baş vururlar. Qeydiyyata alındıqdan sonra, başlanğıc paketi və proseslə əlaqədar  onları yönəltmək üçün təlimatlar əldə edirlər. Bundan sonra SMS vasitəsilə DABS-dən elektrik borclarını öyrənə biləcəklər. 

Çarlz Drilinq, USAIDin  İqtisadi inkişaf və İnfrastuktur şöbəsinin direktoru, bildirdi,

       "USAID bilir ki, dünyanın başqa ölkələrində olduğu kimi, Mobile Money sistemi Əfqanlar üçün də       fundamental investisiya rolunu oynayır. Əfqanıstanın bütün nazirlərindən də istəyimiz bu olardı ki, servisin     keyfiyyətini artırmaq üçün dəstək olsunlar."


Etisalat Əfqanıstanın Baş İcraçı Direktoru Ahmed Alhosani belə rəy bildirdi,

       "Etisalat Əfqanlara elektrik borclarını mobil telefonları vasitəsilə ödəmələri üçün dəstək olmaqdan çox məmnundur." DABS-ın Baş İcraçı Direktoru Abdul Razique Samadi : "DABS hər zaman Əfqanlar üçün faydalı ola biləcək innovativ həll yolları axtarır. "

Bugünə qədər, USAID Əfqanıstanda Mobile Money sistemini genişləndirmək üçün üç əsas Əfqan mobil operatoru olan - Etisalat, MTN və Roshan M-Paisa ilə innovasiya qrantları imzalayıb. Bu qrantlar sayəsində, 100.000-dən çox Əfqan mobil telefon istifadəçiləri kommunal xərcləri ödəyə, maaşlarını ala, dostlar və ailə üzvlərinə pul köçürə və biznes qurmaq üçün istiqrazlar əldə edə bilərlər. 

    

 



About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160