Əfqanıstan yolunda, Film Annex və Citadel ilk olaraq işə Əfqanıstanın Herat şəhərində məktəblərin internetlə təmin olunmasından başladı. Dörd məktəbdə iş tamamlanıb.
Növbəti mərhələ, Eksamer proqram təminatı vasitəsilə məsafədən təhsil sənədləşmə və kurslarını inkişaf etdirməkdən ibarətdir.
Ekspertizadan keçirilən digər imkan isə Əfqanıstan və Mərkəzi Asiyada İdman və İdman bazarları ilə bağlıdır. Futbol hərisi olan Tomaso Rulli ilə birgə hal-hazırda maliyyələşdirmək üçün Əfqan komandalarının sayını nəzərdən keçiririk.
Reallıq bundan ibarətdir ki, bizim idman bazarında heç bir daxili ekspertizamız yoxdur, beləliklə beynəlxalq idman bazarı sənayesi ilə bizi tanış etmək üçün Deiv Mingeylə iş birliyi yaratdıq. Boston Kolleci və Filadelfiyadan olan köhnə dostum Deiv Nike və Sports Illustrated -də təcrübəsi olmaqla idman bazarı sənayesində birincidir. Deiv ABŞ hökumətinin təklifi ilə İraqda könüllü olmaq üçün 2004-cü ilin əvvəllərində Nike-dan məzuniyyət götürdü. ABŞ Müdafiə nazirliyinin İctimai Əlaqələr üzrə məsləhətçisi kimi İraqın Bağdad şəhərində yerləşərək, 2004-cü il Afina yay olimpiya oyunlarında iştirak üçün İraqın Olimpiya komandasını dirçəltdi. İraqda göstərdiyi səylərə görə, ABŞ Müdafiə nazirliyi tərəfindən Müştərək Mülki Xidmət mükafatı ilə təltif olunmuşdur.
Deiv Mingey həmçinin Johnson & Johnson Qlobal Marketinq korporasiyasının rəhbəri idi. 2006-cı ildən 2009-cu ilin ortalarına qədər şirkətdə sağlamlıq, brend istehsalı imkanlarının maksimallaşdırılması naminə beynəlxalq bazar strategiyalarını idarə edib. Xüsusilə qeyd olunmalıdır ki, Mingey J&J's şirkətinin 2006 və 2008-ci il Olimpiya oyunlarına sponsorluğu nətcəsində böyük uğur qazandı. Çində biznesin inkişaf imkanları üçün çalışmaqla bərabər, Mingey dünyanın hər yerində olan J&J's şirkətlərinə minlərlə ideya və istiqamətlər verib ki, bu da 50-dən çox beynəlxalq bazarda Olimpiyanın fəallaşması ilə nəticələnib. Bundan əlavə, o, J&J's-un əlaqələrini, Beynəlxalq Olimpiya Komitəsi, müxtəlif idman təşkilatları, digər tərəfdaş sponsorlar və marketinq agentlikləri kimi xarici partnoyarla genişləndirib.
Pekin Olimpiya Oyunları onun kariyerasında səkkizinci belə göstərici idi. 2008-ci il Olimpiydasındakı təşkilatçılığına görə, Sports Business jurnalı onun adını "40-Under-40 (40,40-dan aşağı) " 2009 siyahısına əlavə etdi.
Bu müsahibədə, Deiv Mingey Əfqanıstan və Mərkəzi Asiyada İdman Marketinqi və Təhsil barədə fikirlərini bölüşür: