İdman həyatın nəbzidir.Həmişə arvadımla da bu barədə zarafat edirəm ki, o, mənimlə bədənimə görə evlənib, ağlıma görə yox. Bu heç də zarafat deyil, ən əsası odur ki, sağlam həyat tərzi yüksək fiziki fəaliyyət tələb edir. Suny New Paltzdakı son təqdimatımda tələbələrimə izah etdim ki, Cüdo mənim ağlımı, düşüncə qabiliyyətimi və qərar qəbul etməyimi formalaşdırıb. 30 ilin gərgin döyüş və yarışlarından sonra, deyə bilərəm ki, heç bir korparativ görüş və auditoriya məni qorxuda bilməz.
Keçən gecə, Fereşteh Forufla, Nyo York Atletik Klubda All Sports Dinner'e qatıldıq. Gimnaziyanın 6-cı mərtəbəsində 800-dən çox üzvlər və atletlər toplaşmışdı. Biz, London Yay olimpiya oyunlarında 55 Olimpiyaçı və 17 medalistin qələbəsini qeyd etdik. Fereşteh, güləş, avarçəkmə, cüdo və su yarışlarında çempion olmuş olimiyaçılarla ünsiyyətdə oldu. Diqqət, onun ABŞda qzandığı təcrübəyə və Mərkəzi və Cənubi Asiyada qadınların səlahiyyətləri məsələlərinə yönəlmişdi.
Roya Məhbub bugün bizə inanılmaz sürpriz etdi! İstiqlal futbol klubunun, üstündə Film Annex loqosu həkk olunmuş köynəklərlə şəklini göndərdi. O, bu sponsorluq təklifini İyul ayında etmişdi və bugün, bir neçə ay keçdikdən sonra biz onun fikirlərinin və öncəgörücülüyünün təkamülünü görə bilirik. Roya Məhbub hər zaman ilham mənbəyimiz olub və bugün o öz bacarıqlarını əməli sübuta yetirdi.
İdman virus kimidir. Bu elə bir şeydir ki, insanların bədənlərinə və beyinlərinə daxil olur, həmçinin atletləri uğur qazanmağa və onları məğlubiyyətdən nəticə çıxarmağa vadar edir. Fereşteh Foruf atletləri böyük Tarqet Marketoloqlar kimi təsvir edir, necə ki onlar səciyyəvi və lazım olan idman bacarıqları və hədəflərə meyl göstərirlər. Bu həmçinin elə bir şeydir ki, yüksək səviyyədə təlim görməyənlər onu anlaya bilməzlər. Aşağıdakı şəkildə mənim nə demək istədiyimi anlaya bilərsiz.
Həmin gün tezdən, bir neçə Olimpiya çempionları ilə görüşdüm. Şəxsi həyatları və sosial mediyanın onların həyatında nə kimi rol oynadığına dair söhbətlərimiz oldu. Cüdo Paraolimpiyadasında gümüş medal sahibi Mayles Porter və onun mən və milyonlarla insan üçün necə ilham mənbəyi olmasına dair təəssüratlarımı bölüşdüm :
Kelley Hörli və Kurtney Hörlinin atası və təlimçisi Robert Hörli- qılınc oynatma; Taylor Makqil- üzgüçülükdə Olimpiya qızıl medal sahibi; Yilyan-Camarena Uilyams- atıcılıq; Cake Hebert- sərbəst güləş və Ceymi Nieto - hündürə tullanma. Onlarla birlikdə qarşıda bizi nələrin gözlədiyi və onların maraqlı məqalələr və bloq yazıları yazaraq Fikir liderliyi yaratmağa nail olmasından və bununla, yarışlar və müsahibələrinin peşəkar videolarını toplamasından danışdıq. Bu əla gün idi və həmin insanlarla əlaqələrin olması çox qürürvericidir.