Dünya Kino İstehsalı və Əfqanıstanda filmlərin onlayn ödənişsiz izlənməsi

Posted on at


İndi 2013-cü ildəyik, NATO qüvvələrinin geri çəkilməsi və Əfqanıstanın Gələcəyi 2014 layihəsinin həyata keçirilməsi üçün səylər göstərilir. Mən həmin günü səbirsizliklə gözləyirəm. Əfqanların öz təhlükəsizlikləri, iqtisadiyyatı, təhsil sistemi və əyləncə sahələrinə tam nəzarət etməsinin əsl vaxtıdır!

İkinci Dünya Müharibəsindən sonra müttəfiqlər İtaliyanı tərk etdilər. Əyləncə sahəsində onları amerikalılar və ingilislər əvəz etdi. Əsasən bir neçə il ərzində, müharibə öz əksini Tirone Pover, Beti Qrabl, Con Vayne və Antoni Kvinin filmlərində tapdı. İtaliyan, alman və hətta yapon vətədaşlar yeni mərhələyə qədəm qoyaraq müharibə ilə bağlı keçmiş xatirələrini kənara qoydular. 1950-ci illərdə, İtaliya proqresiv kino istehsalı sənayesi təsis etdi və Roberto Rosselini, Vittoriyo De Sika, Sezar Zavattinin, Luçino Viskonti, Cüzeppe De Santis, Suso Secçi de Amiko və Federiko Fellini kimi aparıcı kino istesalçılarının rəhbərliyi altında İtaliyan Neo-Realizminin yeni erasına daxil oldu.

 

Bugün, yeni texnologiyalar və Ümumdünya Hörümçək Şəbəkəsinə minnətdarıq. Çünki biz, xarici hərbi qüvvələri, kompyuterlər və İnternetlə əvəz edə bilir və bununla da Əfqanıstanda 8 milyon tələbənin internet vasitəsiylə bədii və sənədli, təhsil və animasiyaları özündə ehtiva edən Dünya Kino Sənayesinə qoşulmasını təmin edə bilirik. Bu, onlara müharibə fəlakətlərini unutduracaq, onların arzularında və layihələrində öz əksini tapacaq. Onlar sabahın kinomatoqrafçılarının novatorları və ilham mənbəyi ola bilərlər. Və bəlkə də Əfqan Neo-Realizminin reallaşması mümkündür?

 

 Bu günlərdə, Newsweek-in reportyoru Angela Şaha müsahibəmdə - Angry Birds Talibanı məbluğ edəcək dedim. Lakin video oyunlarıyla yanaşı, Film Annex onlayn kino paylaşma platforması 35,000 peşəkar film təklif etməlidir. Hər biri Əfqan mədəniyyəti üçün ümidləri doğrultmalıdır. Təsadüfi deyil ki, Film Annex kampaniyasının bir neçə aparıcı sərbəst kinomatoqrafçıları aktiv şəkildə Sosial Media və Eksamer Təhsil Sistemi üçün yeni tədris planının yaradılmasını dəstəkləyir. 40 məktəb və 160,000 tələbəni layihəyə cəlb etmək qarşıya məqsəd qoyularaq, hələlik 8 məktəb və təxminən 35 000 tələbə cəlb olunmuşdur.

Bəli, biz Əfqanıstandakı xarici qüvvələri kompyuterlərlə əvəz edəcək və bununla gənc əfqan kişi və qadınlarının düşüncələrinin əyləncə və təhsilyönümlü inkişafını təmin edəcəyik.

Efqanıstan Gəncliyi Gələcəyə Doğru layihəsi çərçivəsində, bu həmçinin qadınların sosial media vasitəsilə Əfqanıstanda , Merkezi və  Cənubi Asiyanın başqa ölkələrində -Banqladeş, Butan, Hindistan, Qırğızıstan, Qazaxıstan, Maldiv adaları, Nepal, Şri Lanka, Tacikistan, Türkmənistan və Özbəkistanda adət-ənənələrə uyğun olaraq, sosial və maddi müstəqillik qazanmasında səlahiyyətlərini artıracaq.

Film Annex-in yaradıcı direktoru Eren Gülfidan və onun kampaniyadakı nəzarətçisi, kino istehsalı dünyasında baş verən ən maraqlı və yeniliklər baredə bizə məlumat verirlər. Bunları əfqanıstanlı gənclərlə bölüşmək və mövzuyla bağlı onların da fikirlərini öyrənmək bizim vəzifəmizdir, bununla da onlar öz platformalarını və gələcək layihələrini həyata keçirə bilərlər. Rəqəmsal mediyanın nəyə qadir olduğunu göstərn yeni layihəmiz -"The Afghan Perspective"-in də bu sahədə öz töhvələrini verəcəyi gözlənilir.

 

 

Əfqanıstan kino sahəsində nailiyyətlərdən biri, bu yaxınlarda Buzkaşi Oğlanları filminin Oskar mükafatına namizəd görülməsidir. Filmin rejissoru Sam Frenç bir neçə ay əvvəl  Film Annex-ə qoşulub.

 

 

Müəllif: Fransesko Rulli



About the author

bitLanders

bitLanders is a digital platform whose entire user base earns bitcoin for their content and social activity. The goal of bitLanders is to promote worldwide access to the genius of Blockchain technology in a fun, unique, and safe environment. bitLanders users build and engage content (videos, blogs, photos, advertisements). The…

Subscribe 0
160