Erenin seçimləri. Film Annexdə filmlərin paylaşımı və maliyyələşdirilməsi

Posted on at

This post is also available in:

Son iki ildə, Film Annex sərbəst kinomatoqrafçıların və peşəkar video operativ informasiya tədarükçülərinin fəaliyyəti üçün 1,5 milyon dollardan çox maliyyə dəstəyi ayırıb.  Ən yaxşı kino istehsalçıları və videolar ən yaxşı Web televiziyaların yaranması üçün vasitədir. Ən uğurlu hesab olunan Web televiziyalar, Film Annexin Yaradıcı Direktoru Eren Gülfidan tərəfindən qiymətləndirilir və onun "Ən yaxşılar" kolleksiyasına daxil edilir. 

Eren xanım tərəfindən seçilən filmlər Film Annexin ana səhifəsində Buzz Score( Xal) üzrə sıralanır. Buzz Score nə qəfər çox olsa, baxım, gəlir və maliyyə dəstəyi də bir o qədər çox olur.

 

 

Birinci mərəhələ Eren Gülfidanın keyfiyyət və məzmun gözləntiləri ilə tanışlıqdan ibarətdir. Eren platformada tam üstünlüyə malikdir. Son qərarlar ona məxsusdur. Bir çox kino istehsalçıları, biləndə ki mən Film Annexin yaradıcısı və Baş İcraçı Direktoruyam, məndən Film Annexin tələblərinə necə cavab verməli sualını soruşduqda, mən hər zaman eyni cavabı verirəm ki, onlar keyfiyyıt və kəmiyyət baxımdan Ereni qane etməlidirlər.

Eren bu işə başladığı ilk gündən onunla birgə çalışırıq və beləliklə onun gözləntiləri haqqında az da olsa fikirlərimi sizinlə bölüşmək istəyirəm. Güman edək ki, o, istehsalçının təqdim etdiyi işin keyfiyyətindən çox razıdır, bununla yanaşı funksional olaraq kinomatoqrafçının Film Annexdəki platforması və sosial mediyaya təsirini araşdıracaq. Siyahıda yazılanlar, inanıram ki, Erenə və onun komandasının qərarlarına təsir edə bilər:

a)  Mükəmməl istifadəçi və istehsalçı profili, əla şəkil və şüar, bioqrafiya, saytlara keçid üçün linklər və sosial media platformaları daxil olmaqla

b) Yüklənən filmlərin və videoların sayı. Mən təklif edərdim ki, filmlər, müsahibələr və hazırlıqlar daxil olmaqla ən azı 8 ədəd olmalıdır

c) Filmlərin müddəti Videolar və ya onların əksəriyyəti ən azından 3 dəqiqə sürməlidir. Yaxşı seçilmiş ad, yüksək keyfiyyətli istehsal və cəzbedici hekayələr filmlərə uğur gətirir.  Bir şeyi mütləq qeyd etməliyəm ki, başlanğıcı və sonluğu olmayan və ya aydın ismarıc verməyən, təsadüfən lentə alınmış epizodlardan ibarət olan filmlər arzuolunmazdır.

 d) Təqdim olunan film və bloq yazıları ilə bağlı maraqlı foto qalareya 

e) Məqalələr və bloq yazıları. Hər video və xüsusilə də film üçün, bloq bölməsində, mümkünsə hər biri üçün 5 məqalə və bloq yazısı  yerləşdirilməlidir. Aktyorlar, prodüserlər və rejissorlar, layihə, istehsal və paylaşım təcrübələrini paylaşaraq məqalələrin yazılmasında müştərək çalışa bilərlər. Bloq yazıları və məqalələr ən azı 300 sözdən inbarət olmalı və mahiyyətin daha yaxşı anlaşılması üçün şəkillər və videolar yerləşdirilməlidir. 

f) 50 Buzz Score və daha çox. Uğurlu sosial mediyanın mövcudluğu böyük izləmə, maraq və müzakirələr tələb edir. Yüksək Buzz Score, Film Annexin Web televiziyadaki rolunu artıracaq və nəticə etibari ilə daha çox gəlir gətirəcək. Az izləyicisi, marağı və müzakirısi olan mükəmməl filmlər az Buzza sahib olur. Bu, öz növbsində baxım və qazancı məhdudlaşdırır. Buna görə də kinomatoqrafçı bloqqinqdə və Sosial Media və Gələn Marketinq strategiyalarının istifadısində bacarıqlı olmalıdır.

Yuxarıda verilənlər, əminəm ki, Erenin Web televiziya üçün kino istehsalçı yetişdirilməsində nəzərə aldığı prinsiplərin cüzi hissəsidir. Əvvəl də qeyd etdiyim kimi, son qərarları Eren verir və bəlkədə yuxarıdakılar yalnız seçim prosedurlarının mərhələləridir. Mən əminliklə tövsiyyələr verə bilərəm, çünki onunla biz artıq 6 ildir ki işləyirik və mənim təcrübəm Film Annexdə işləməyə maraqlı olan kinomatoqrafçılara kömək ola bilər.

Şəxsən, kino istehsalçılarının Erenin vaxtını çox almasını istəməzdim. Çünki o, layihələr və Film Annexdəki 40,000 kinomatoqrafın fəaliyyəti ilə çox məşğuldur. Öz işini bilən kinomatoqrafçılar onun ehtiyaclarını bilməli və Erenə elə bir iş təqdim etməlidirlər ki, o sadəcə ən yaxşı kino istehsalçısı üçün lazım olan yüksək keyfiyyətlərin müəyyənləşməsinə diqqətini yönəldə bilsin.

Mən indi, bütün fəaliyyətimi Women's Annexə, Əfqan İnkişaf layihəsinə həmçinin, Mərkəzi və Cənubi Asiyada- Əfqanıstan, Banqladeş, Butan, Hindistan, Qırğızıstan, Qazaxıstan, Maldiv adaları, Nepal, Pakistan, Şri Lanka, Türkmənistan, Tacikistan və Özbəkistanda Eksamer Təhsil Proqram Təminatı və bu kimi digər təhsillə bağlı layihələrin inkişafının təmin edilməsinə istiqamətləndirmişəm.

Müəllif: Francesco Rulli 

 

 



About the author

bitLanders

bitLanders is a digital platform whose entire user base earns bitcoin for their content and social activity. The goal of bitLanders is to promote worldwide access to the genius of Blockchain technology in a fun, unique, and safe environment. bitLanders users build and engage content (videos, blogs, photos, advertisements). The…

Subscribe 0
160