Etimadlılıq və hesabatlılıq üçün yazar və video bloqqinq fəaliyyəti

Posted on at


Bugün dünyada, yazıçılıq və video bloqqinq, ünsiyyət və liderlik qurmaq istiqamətində atılan mühüm addımlardandır. Uzun mübahisələr və görüşlər, danışıqlar və təqdimatlar, şirkət qurmaq və biznesi inkişaf etdirmək üçün elementlər ortaya çıxarır. Lakin, bugün ən mühüm test onlayn vasitələrdir. Harada ki, milyonlarla oxucular və izləyicilər öyrənə və rəy bildirə, əlaqə yarada və əməkdaşlıq edə və həmçinin razılaşa və razılaşmaya bilərlər. 

Məsələn, 1985-ci ildə Psixologiya üzrə Nobel mükafatçıları Qoldştayn və Braun kamera qarşısında əyləşməkdən çəkinmədilər. Sən niyə tərəddüd edərdin? Nələri qurban verməlisən? 

Yeni insanlarla tanış olanda, özümə bu sualları verirəm:

1)   Onlar onlayn yazıçılıq və video bloqqinqlə məşğul olurlarmı?

2)   Hansı mövzuda?

3)   Onalrın izləyici və buzz xallarının miqdarını necə müəyyən edə bilərəm?

4)   Onların qarşıdakı marketinqinin gücü nədədir? İnsanlaronlarla əlaqə saxlayır, ya əksinə?

Bir çox insanlar düşünürlər ki, onlarda xüsusi nəsə var, lakin neçə faiz insan həmin bacarıqlarını yazıçılıq və ya video bloqqinqdə göstərir və nəticələrdən fayda və ya zərər əldə edir? Bir gün, bir nəfər mənə dedi " Bəs bir gün mən yazdıqlarım və ya dediklərimə əməl etməkdən imtina etsəm, onda necə?" Ona baxdım və dedim "Ümumiyyətlə biz niyə danışırıq?" 

Əfqanıstanın təhsil sistemi ilə bağlı layihəmə başladıqda, mən öz yanaşım tərzim ilə  Əfqanıstandakı mədəni dəyərlər və perspektivlər arasındakı  balansı qorumalı idim. Mövzunun nə qədər aktual olduğu və necə mühüm nəticələr əldə edəcəyimiz barədə düşündükcə bundan çox böyük təcrübə qazanacağımı anladım. 

Yazıçılıq və vide bloqqinq əyləncəli, funksional, daimi və dünyanın hər yerində mümkündür. Və müvəffəqiyyətlə sona yetsə, fikir liderliyi və maddi mükafatlandırma gətirəcək. Bu bir gün üçün 24 saat ərzində və istənilən mövzuda reallaşa bilər. Bu, deyərdim İtalyan gelatosu qədər zövqvericidir. 



About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160