Əfqanıstanda yazar və alimlərin aylıq gəliri 100$ ola bilər, lakin biz Film Annexdə işləyən bloqqerlərimizə bir bloq üçün 100$ ödəyirik. Bu onalrın Buzz xalına görə müəyyən olunur. İstehza ilə bildirirəm ki, Əfqan xanımlarının Buzz xalı digər ölkələrin xanımlarının və ümumilikdə kişilərin topladığı xallardan yüksək olur. Bu, Əfqanıstanda xanım yazarların dəyərini artırır. Onların sosial mediada və yazarlıqda digər ölkələrlə bərabər və ya daha yüksək pillələrdə dayanması ümidverici səslənir.
Roya Məhbub son 8 ayda Heratda internetlə təmin olunmuş məktəb otaqlarının tikilməsi üçün Film Annex və Cidatel of New Yorkda işləyib. İndi biz yeni sosial media proqramına Eksamer Təhsil Təminat proqramını tətbiq edirik, beləliklə ilk 30 000 tələbə Dünya Şəbəkə toruna daxil ola biləcək və öz potensialarını sosial mediada göstərəcəklər.
Plan, Əfqan yazarları Film Annex platformasına dəvət etmək, onlara peşəkar məqalələrin və bloqların yazılmasını , özlərinin seçdiyi və ya Film Annex tərəfindən təklif olunan məzmunlara uyğun peşəkar Web televiziyaları hazırlamağı öyrətmək, Buzz xallarının müəyyənləşdirmək və mən də daxil olmaqla dünyanın hər yerindən olan yazıçılarla rəqabət aparmaq üçün şərait yaratmaqdan ibarətdir. Bugün üçün mənim Buzz xalım 100 dən 90dır. Sabah bu rəqəm dəyişə və Əfqan xanımları məni üstələyə bilərlər. Nəticə etibarilə, onların yazıları üçün ödənilən pul mənimkindən çox olacaq. Biz Əfqanıstana ucuz işçi qüvvəsi üçün gəlməmişik, məqsədimiz tələbələrə peşəkar yazarlığı öyrətmək və onların digər ölkədəki rəqiblərindən daha çox gəlir əldə etməsi üçün çalışmaqdır.
Niyə mən xanım Əfqan yazarlara bu qədər güvənirəm? Mən Roya Məhbub, Fereşteh Foruf və onların qadın yazar və bloqqerlərdən ibarət komandasından çox şey öyrənirəm. Əfqan xanımları ağıllı, güclü və dözümlüdürlər. Adət-ənənələrə görə onlara az hallarda evdən çıxmağa icazə verilir, ona görə də bütün diqqətlərini sosial mediyaya yönləndiriblər. Onlar çevik öyrəncilərdir və onlayn olduqda əllərindən gələni edirlər. BPeace-dən Toni Maloney onları "sürətli qaçanlar" adlandırır.
Bugün, Film Annexin 300 000 qeydiyyatdan keçmiş istifadəçiləri və 40 milyondan çox izləyicisi var. Annex Pressin 20 yazarı daxil olmaqla 3,900 yazıçı da bizimlə çalışır. Mən Əfqan yazarların Annex Press üçün effeklərini görməyi və onalrın Buzz xalına görə qiymətləndirilməsini böyük maraqla gözləyirəm. Əfqan yazarlarla əməkdaşlıq Mərkəzi və Cənubi Asiya iqtisadiyyatında ilk həlledici addımdır. Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistan, İran və Pakistan da gələcək planlara daxildir.
Bugün biz , daha 50 yazarı da işlə təmin etməyə hazırıq. Növbəti bir neçə ay ərzində, Annex Press, Diplomatically İncorrect və Film Aneexin artmaqda olan ehtiyaclarını qarşılamaq üçün yazarlarımızın sayını 300-ə çatdıracağıq. Paralel olaraq, Target Marketing Annex və Film Annex Capital Partnerlə əməkdaşlığımızı genişləndirəcək və yazıçılar şəbəkəmizi daha da böyüdəcəyik.