Film Annexin onlayn film şəbəkəsindən danışdıqda, hər zaman vurğulayıram ki, bizim platformada ən güclü janr animasiya hesab olunur. Lakin bugün, mənə elə gəlir ki, özümü yanlış tanıtmışam. Platformda yeni filmləri gözdən keçirdikcə, Staffordşayr universitetindən olan Con Üayt adlı kinematoqrafa rast gəldim və onun filmləri məni heyran etdi. Adətən 5 dəqiqəlik qısametrajlı filmlər izlədiyim halda, 15-20 dəqiqəlik bu filmlər mənim üçün yenilik idi. Əəsasən insanlar internetlə məşğul olduqlarından filmlərə 4-5 dəqiqədən artıq diqqət yetirə bilmirlər, lakin daha keyfiyyətli məhsullar təqdim etməklə onları buna vadar edə bilərik. Bundan başqa, biz hər zaman filmlərlədəki hansısa sevdiyimiz və bizim üçün böyük məna kəsb edən epizodu tez-tez xatırlamırıqmı? Hətta bizdə böyük təəsürat oyadan 4 dəqiqəlik filmə dəfələrlə baxa və onun haqqında uzun müddət danışa bilərik. Bəzən bu fenomen virus kimi yayılsada, müəyyən müddət sonra unudula bilər...lakin maraqlı hekayədən bəhs edən və qəlbimizi titrədən, elə də qısa olmayan qısametrajlı filmlər uzun müddət yaddaşlarda qala bilər.
Con Üaytın maraqlı hekayələrdən bəhs edən Pancakes(Fəsəlilər) və Wooden Heart (Taxta qəlb) filmlərini seyr etdikdə mən həmin hissləri keçirdim. Sentimental görünmək istəmirəm, lakin bu filmlər mənə yeni nəfəs gətirdi və ağlımda yeni fikirlər formalaşdırdı. Qərara aldım ki, Film Annex onlayn film paylaşımı platformasında uzun formatlı qısametrajlı filmlərə daha çox yer ayırım və tez-tez onları göz önünə gətirim. Con Üayt və onun bir çox filmləri Erenin seçimləri arasındadır və tezliklə ondan çox şeylər gözləyin.
Staffordşayr Universiteti bizim üçün yad isim/məkan deyil. Bizim bir çox kinematoqraflarımız bu universiteti bitirib və böyük işlər görüblər. Əslində, onlardan bir neçəsi, Mark Kucevski, Sorcha Anglim, Emi Hill və Endi Parker kimi kinematoqrafların Web TVləri ayrılıqda 10 000-20 000 dollar civarında gəlir əldə edib və ana səhifəmizdə Erenin Seçimləri sırasına daxildir. Birlikdə oxuyan və platformamızda birgə çalışan bu kino istehsalçıların həmrəyliyi göstərir ki, sosial mediada fikir birliyi çox önəmlidir. Hər şey nəticələri görməkdən asılıdır. Bizim kinematoqraflar Film Annexdə davamlı gəlir əldə etdikcə, başqalarına da tövsiyyə edirlər. Bunu anlamaq elə də çətin deyil.
Bu həftə mənim üçün çox uğurlu oldu. Women in Film-dən olan Qayl Naçlis, Women Make Movies-dən olan Debra Zimmerman və Women for Women-dən olan Zeynəb Salbi kimi şəxslərlə müsahibə üçün görüşmək və və yeni platformamız Women's Annex-i təqdim etmək şansı qazandım. Üstəgəl, mənim qadınların səlahiyyətlərinə aid yazdığım məqalə TakePart.com da dərc olunub. Lakin ən vacibi, mənə elə gəldi ki, bu həftə Film Annexi yenidən kəşf etdim və bu sadəcə mükəmməldir.
Növbəti həftəyə qədər,
EREN