Əfqan pulu, reklam, valyuta

Posted on at

This post is also available in:

Əfqanıstanda məktəblərin tikilməsi çətin məsələdir. Bəziləri bunu kərpiclərlə,  başqaları kompyuterlərlə və yerdə qalanlar sözlər və şəkillərlə həyata keçirir. Keçən həftə, bir neçə Reklam Şəbəkələrinin Baş İcraçı Direktorları Film Annexə səfər etdilər və Əfqanıstanın İnkişaf Layihəsini dəstəkləmək üçün studiyamızda qonaq oldular. Onlardan çek yazmaq yox, sadəcə öz şirkətlərinin fəlsəfəsi, rəqəmsal mediyaya necə daxil olmaları və onlayn reklamın Əfqanıstanda təhsilə necə töhvə verə biləcəyi  barədə danışmaq xahiş olunmuşdu.

Etdiyin yaxşılıqları başqalarına nümayiş etdirmək düzgün deyil. Bəzi insanlar bundan çəkinir və bir çox hökumət təşkilatları təklif edir ki, onalrın videolarını reklamsız yayımlayaq. Kifayət qədər gülüncdür, çünki onların məzmunu ictimai domendə yoxdur və heç bir məhdudiyyət qarşısında deyil. Əlavə olaraq, məzmun insanların vergi pulları ilə istehsal olunur, lakin necə olursa onlar özəl müəssisələrlə əlaqə saxlamaqdan çəkinirlər. Amerika və Avropa kapitalizmin beşiyidir, lakin onlar endemik olaraq bu həqiqəti qəbul etməkdən qorxurlar. 

Film Annex hər ay Əfqanıstanda necə İNTERNETLƏ təmin olunmuş sinif otağı təsis edə bilər? Çox sadə: biz ofisimizə pul göndəririk və orda iş həll olunur.

Film Annex sinif otaqları tikmək və Əfqanıstanın təhsil sistemini dəstkləmək üçün lazım olan pulu necə qazana bilər? Çox sadə: biz yenidən qurma işlərini və təntənəli açılışları lentə alır və bunu öz auditoriyamıza onlayn yayımlayırıq. Biz reklamlardan gəlir əldə edir və onları yenidən yatırırıq. 

Layihələri dəstəkləmək üçün maksimal sayda elanları necə vermək olar? Çox sadə: Biz ADAP.TV, Altitude Digital Partners, Spotxchange və başqa 20 aparıcı reklam şirkətləri ilə birgə işləyirik. Əldə etdiyimiz gəlirlərlə, Əfqan oğlan və qızları üçün nəzərdə tutulan sinif otaqları və təminat proqramlarını maliyyələşdirə bilərik. Sean Behr, Jeremy Ostermiller, Michael Shehan və Joseph Salvador kimi ağıllı insanlar reklamın nə kimi dəyişikliklər edə biləcəyinin fərqindədilər və mən onlarla işləməkdən qürur duyuram. Təkcə ADAP.TV ABŞ-da 24,3 % evlərdə  mövcuddur. 

Mobil texnologiya üçün dövlət təşkilatı ilə işlədiyimizi artıq demişəm? Biz qrantlar istəmirik;  onların müdriklikliyindən istifadə edirik və onların baş məsləhətçisi çox ağıllı bir qadın olduğu üçün özümüzü şanslı hesab edirik. Onunla işləməkdən və onun ideyalarını dinləməkdən qürur duyuruq, lakin əvəzində pul gözləmirik. Sadəcə müdriklik, ruhlandırma və məlumatlandırma.

 Bill Gates Steve Jobs-dan fərqli həyat tərzi seçdi. Bill Gates, bir xeyriyyəçi kimi yaşamağı seçdi və Salman Khan kimi uzaqgörən insanlara yardım etdi. Salman Khan, Khan Akademiyasının təsisçisidir (hansı ki, 2010-cu ilədək reklam gəlirlərindən ayda 2000 dollar qazanıb). Bill Gates vəfat edəndə, insanlar  Steve Jobs-u yola saldıqları kimi kompyuter mağazasının qabağında toplaşmayacaqlar, lakin milyonlarla uşaq Belinda və Bill Gates fondundan yararlana biləcəklər. Microsoftun şər iqmətgahı hesab olunan vaxtlar var idi. Gates gəldi və öz gəlirlərini yaxşı məqsədlər üçün istifadə etdi. 

Icazə verin yazımı sizə gizli sous verməklə bitirim: Hər dəfə www.AfghanDevelopment.com saytinda bir video izlədikdə həmçinin 15-45 saniyə arası reklam çarxlarını da izləyirsiz.. Eyni zamanda sağ tərəfdə yuxarıda və səhifənin sağ tərəfində banner işarəsi görəcəksiz. Həmin iki reklam banneri gəlirləri toplayir və həmin gəlirlərlə Film Annex. Adap.TV, Altitude və Spotxchange uşaqları yedizdirmək, onları məktəbə göndərmək və vergiləri ödəmək üçün pul əldə edir. LAKİN, 2012 Martından bəri, bir o qədər də pul Əfqanıstanda İNTERNETlə təmin olunmuş sinif otaqlarının tikilməsi üçün yatırılıb və bununla əfqan uşaqlar Eksamer kimi təhsil təminat proqramı və Khan Akademiyasına qoşula bilərlər. 

 

 



About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160