Əfqanıstanda işğalçı qüvvələrin kompyuterlərlə əvəz olunması və Dünya Kino Sənayesi

Posted on at

This post is also available in:

Əfqanıstanda müharibə son 10 ildə ən aktual mövzulardan birinə çevrilib. Lakin indi, qərb qoşunlarının hərbi nəzarəti Əfqanıstanın idarəçiliyinə həvalə etməsinin vaxtı yaxınlaşır. 

Şəxsən mən, heç vaxt Əfqanıstana müharibə obyekti kimi baxmamışam. Wikipedia müharibənin təsfilatını aydın izah edir: " Müharibə ölkələr, millətlər arasında təşkil olunmuş, silahlanmış və adətən uzun müddət davam edən konfliktdir".

Taliban rejiminin iflasından sonra, mən Əfqanıstanda aparılan əməliyyatları sülhlə əlaqələnmiş şəkildə qəbul edirəm. Wikipediada verilən izahat həqiqətə çox uyğundur. " Sülhün qorunması o deməkdir ki, görülən işlər əbədi sülh üçün planlaşdırılıb". 

 Bəzən düşünürəm ki, sülh tərəfdarları və döyüşçülər eyni cığırda yeriyən lakin müxtəlif aqibətli insanalrdır. Onlar eyni forma və dəbilqələri geyinə, eyni silahları daşıya və hücuma keçmək üçün eyni yerüstü minaları gözətliyə bilərlər. Lakin adətən, döyüşçülər sonda bənövşəyi ürək və medallar kimi hərbi mükafatlarla təltif olunurlar, amma sülh tərəfdarları başlanğıcda təcavüzkar təsir bağışlamır buna görə də sonda missiyaları bitdikdə az mükafatlandırılırlar. 

İtaliyada, Əfqanıstandakı İtaliya qoşunları sülh tərəfdarları kimi qəbul olunmalarına baxmayaraq, ABŞ mediası və siyasətçilər döyüşçüləri qeyd edərək və Əfqanıstanla bağlı qələbə və müdafiə hissləri məfhumlarını işlədərək müharibə sözünü vurğulayıblar.

İdeal yanaşımla, mən Əfqanıstandakı hər bir əsgəri kompyuterlə əvəz edərdim.  İndi Əfqanıstanda 8 milyon tələbə olduğu halda, İSAf( İnternational Security Assistance Force- az. Beynəlxalq Təhlükəsizlik üçün yardım qüvvələr) 132 000 qoşuna malikdir. Əgər tələbələrə 132 000 kompyuter vərsələr, hər 60 tələbəyə 1 kompyuter düşür.

Mən həmçinin təhsil və əyləncə məqsədilə, Dünya Kino Sənayesinin Əfqanıstan və Mərkəzi və Cənubi Asiyanın digər ölkələrində, Banqladeş, Butan, Hindistan, Qırğızıstan, Qazaxıstan, Maldiv adaları, Nepal, Pakistan, Şri Lanka, Tacikistan, Türkmənistan və Özbəkistan  kimi ölkələrdə, onların adət-ənənələrini uyğun olaraq genişlənməsini  asanlaşdırmaq istərdim. 

Film Annex, Fevral ayında Əfqanıstanda İnternetlə təmin olunmuş sinif otaqları tikməyə başladı. İndi, bizim sayca 6cı məktəbimiz Mahjoobe Heravi orta məktəbi üçün hazırlıqlar gedir. Əfqanıstanda, Heratda yerləşən bu məktəb 1350-ci ildə( Əfqan günəş təqviminə əsasən) tikilib və 4000 qadın tələbəsi var. Quraşdırılmış kompyuterlərin inanılmaz gücü və tələbələrin əməyi məktəbin sərhədlərini aşır. Eksamer tipli proqram təminatının həyata keçirilməsi sayəsində, tələbələr dünyanın hər yerindən olan tələbə və müəllimlərlə işləyə bilirlər. Onlar sosial mediada konseptlər yaradır və paylaşır, Əfqanıstan, Mərkəzi və Cənubi Asiayda və dünyanın digər yerlərində sosial infrastukturu yenidən formalaşdırırlar.  

Onlayn yolla, uşaqlar inanılmaz sayda faktlar, məlumatlar, informasiya və videolar bölüşə, bloqlar yaza və sosial,təhsil və oyun xarakterli medialara daxil ola bilərlər. Atam ona toxunmağa etiraz etsə də, mənim 6 illik köhnə telefonum tamamilə yeni iPhone-un xüsusiyyətlərini və tətbiqetmələrini izah edir. Aydın görünür ki, texnologiyada və sosial mediada lider kimdir. Gənc nəslin inkişafı üçün limit yoxdur. 

Khan Academy motivasiya və informasiyanın dayağı olmasına baxmayaraq  onların texnologiyaları Youtube üzərində qurulub. Lakin Əfqanıstan kimi Youtube-un qadağan olunduğu bir ölkədə bu optimal səslənmir. Nəticə etbarilə, biz alternativlər və həll yolları tapmalıyıq. İndi biz, təhsil məqsədli sosial media tədris planı üzərində çalışırıq və bu əməlliyat təhlükəsiz, nəzarət olunan, peşəkar və hücum təhlükəsi gözlənilməyən platformada aparılır.

Bu məsələdə Film Annex çox aydın mövqedə dayanır. Biz sülh tərəfdarları ilə yanaşı işləyir və diqqətimizi yalnız təhsil məfhumuna yönəldirik. Heçnə ziddiyyətli və siyasi ruhlu deyil, necə ki bizim loqomuz belədir: SİYASƏTƏ YOX, YALNIZ İNTERNET



About the author

bitLanders

bitLanders is a digital platform whose entire user base earns bitcoin for their content and social activity. The goal of bitLanders is to promote worldwide access to the genius of Blockchain technology in a fun, unique, and safe environment. bitLanders users build and engage content (videos, blogs, photos, advertisements). The…

Subscribe 0
160