Əfqanıstanda məktəblərin tikilməsi, Siyasətə yox, yalnız İNTERNET! və böyük rəqəmlər

Posted on at

This post is also available in:

Bu həftə, mətbuat və media nümayəndələri, bizim Əgqanıstanın İnkişaf Layiməzilə bağlı maraqlarını bölüşmək üçün Film Annexlə əlaqə saxladılar. Mənim tərəfdaşım Roya Məhbub Kabildə işləyir və bir çoxlarınıza məlum olduğu kimi biz, İranın sərhədlərinnə yaxın olan Herat ( Əfqanıstan) şəhərində internetlə təmin olunmuş sinif otaqları tikirik. Nyo York şəhərində işlədiyim üçün,mənə öyrənmək asandır, lakin mediaya sadə həqiqəti dedim:" Burada real hekayə Roya Məhbubla bağlıdır. Mənim kimi insanlar çoxdur, ama Roya Məhbub unikaldır". Bu layihədə mənim yerim strateji deyil, sadəcə olaraq məntiqi və realdır.  

Son 22 ilimi Nyo Yorkda keçirməklə, 44 yaşıma qədər çox situasiyalar görmüşəm, çoz insanlarla tanış olmuş və şirkətlər qurmuşam, lakin heç vaxt Roya Məhbub kimi inanılmaz yaradıcı insanla rastalşmamışam. Roya 25 yaşında zərif Əfqan qadınıdır və Əfqanıstandakı ən uğurlu rəqəmsal şirkətin Baş İcraçı Direktoru olmaqla yanaşı, uzun müddət Əfqan və ABŞ hökumətləri ilə sərbəst podratçı kimi işləyib. O, Yaxın Şərqdən Mərkəzi Asiyaya, Avropadan ABŞ-a müxtəlif özəl və dövlət təşkilatlarının fəxri qonağı qismində səyahət edir. Royanın çox möhkəm iradəsi var və istəsə məni də üstələyə bilər. Şəxsi təcrübəm və Cüdoda 4 qara kəmər sahibi olmağıma baxmayaraq, mənə aydın olub ki, onunla mübahisə belə etmək təcrübə qazandırır. 

 Mənim tərəfdaşlarımdan biri olan Mayk Sviney məni Oz Sehirbazına bənzədir, çünki mən başqalarının görmədiklərini görürəm və bunları icra etməkdə heç zaman tərəddüd etmirəm. 2011, Dekabr ayında Roya Məhbubun NATO-da yayımlanan müsahibəsini izlədim. Bir neçə ay sonra nəhayət onunla görüşməyə nail oldum  və bir neçə həftə ərzində fantastik master-plan hazırladıq: 160 000 şagirdi dünya şəbəkə toruna cəlb etmək üçün 40 məktəbdə 40 internet otağının tikilməsi. Bugün biz, Əfqanıstanın inkişaf layihəsini dəstəklmək, Əfqanıstanda məktəblər tikmək və Əfqanıstanda, Mərkəzi və Cənubi Asiyanın digər inkişaf etməkdə olan ölkələrində Eksamer təhsil proqram təminatını inkişaf etdirmək üçün Cidatel of NYC -u modelləşdirmişik.

4 ay ərzində 4 sinif otağını istifadəyə vermək və 20 000 şagirdi cəlb etməkdən əlavə, The Afghan Developmen Web TV 36 müxtəlif fikir liderindən müsahibələr toplayıb və Business İncubator kanalında yayımlayıb. The Afghan Development Web TV orta hesabla 2.6 milyon və təkcə İyun ayında 11.5 milyon səhifəyə baxış sayına malik olub.

Yuxarıdakı uğurlardan əlavə, bu həftə ölkədə FilmAnnex.com CNN və NY Tiems-ı qabaqlayaraq  37-ci pillədə qərarlaşıb. Səhifəyə baxış sayına gəldikdə, Film Annex Quantcast-da 9 pillədə qərarlaşan Huffington Postu üstələyib. The Huffington Postun izləyiciləri unikaldı, lakin biz hər daxil olmada daha çox baxış sayına yiyələnirik. Bu o deməkdir ki, biz izləyicilərimizi mükafatlandırdığımız üçün onlar aludəçilərə çevrilib, başqaıları isə gəlirlərini deyil sadəcə məzmunları izləyiciləri ilə paylaşırlar. 

və daha çox Hub Spot Dərəcə xalı:

Roay Məhbub, Əfqanıstanın təhsil sistemiƏfqanıstanın iqtisadiyyatına olan maraqlar, Film Annexin sürətlə irəliləməsinin səbəblərinə daxildir. Bunlar, The White House, NATO, NASA, USAid və Film Annex şəbəkəsinin digər 283 000 peşəkar istifadəçiləri tərəfinfdən təqdim olunan minlərlə yeni videolara əlavədir. 

Bir video fərqlilik edə bilərmi? Bəli, edər! Əgər NATO-da yayımlanan həmin müsahibə olmasaydı, indi 20 000 şagird İNTERNETlə təmin olunmuş sinif otaqlarından istidfadə edə bilməyəcək və əlbəttə gələcəkdə çox az imkanlara malik olacaqlardı. NATO-da yayımlanan, "Heratda iş qadını" adlı 3 dəq. 35 san.lik video mənə özümdən başlayaraq bir çox insanların həyatını dəyişdimək fürsətini verdi.

 

Aşağıda verilən üç istiqamət isə ən mühüm vəzifələr hesab olunur:

"Əfqanıstanda məktəblərin tikilməsi"

"Əfqanıstanın təhsil sistemi"

"Əfqanıstanda təhsil və iqtisadiyyat" 

 

Siyasətə yox, yalnız İnternet.


 

 



About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160