Əfqanıstanda Peer to Peer idarəçilik, Mərkəzi və Cənubi Asiyanın iqtisadiyyatı və təhsil sistemi

Posted on at

This post is also available in:

Aşağıda Pee to Peer konseptinin Wikipediada açılışı və onun sosial və iqtisadi təsiri verilib:

P2P konsepti yayım şəbəkələrində, nisbi dinamik aktivliyin geniş istifadəsinin sürətli inkişafdır. Sadəcə kompyuterdən-kompyuterə yox, həmçinin insandan-insana.Yokai Benkler, ödənişsiz və açıq mənbəli təminat proqramı və Wikipedia kimi əməkdaş olan layihələrə işarə etmək üçün commons based peer product termini işlətmişdir. Peer istehsalla  əlaqədar olan konseptlər bunlardan ibarətdir: 

  • peer idarəçilik (peer istehsalı ilə bağlı layihələrin idarəsinə istinad edir)
  • peer əmlak (yeni lisenziyalara əsaslanır, hansı ki, individual müəllifliyi tanıyır, lakin GNU Ümumi İctimai Lisenziyalar və Yaradıcı İnsanlar kimi lisenziyaları yox)
  • peer yayımları ( hansı ki məhsullar, xüsusilə də peer istehsalı məhsulları yayımlanır)


Peer to Peer konseptinin inanılmaz kəsəri və dəyəri var. Bunu idarə etmək və saxlamaq mümkün deyil. Bu elə bir hərəkatdır ki, vətəndaşlıq, ölkə sərhədləri və adətlər daxil olmaqla bütün limitləri aşır.

Mən İtaliyada doğulmuşam və son 22 ilimi ABŞ-da keçirmişəm. Hər iki pasportu daşıyıram, əslində isə mənim ölkəm biznesim və fəaliyyətimlə bağlı  bilavasitə insanlar və kolleqalar qrupudur: 30 dost və yaxın əməkdaşlar və həmçinin bir neçə yüz əməkdaşın genişlənmiş şəbəkəsidir. Mən gündəlik əsaslar barədə məlumatı və məsləhətləri bir neçə ölkədən əldə edirəm. Mənimlə məlumatları bölüşən və məsləhətlər verən insanlar kimlərdir? Onlar daima şəhərlər, ölkələr və adətlər arasında hərəkət edən insanlardır. Mən oxuyuram, dinləyirəm, izləyirəm və öyrənirəm.

 

Əfqanıstanda, Mərkəzi və Cənubi Asiyada İnetenetlə təmin olunmuş məktəblərin tikilməsi sayəsində minlərlə məktəbli P2P şəbəkəsinə daxil olub. Bu imkan yaradır ki, Əfqanıstan, Mərkəzi və Cənubi Asiyanın hüdudlarından kənardakı insanlarla da əlaqə yaradılsın cə onlarla fikirlərini bölüşsünlər. 

ABŞ və İtaliya hökumətləri, Əfqanıstanda Demokratik hökumətin yenidən qurulması və həmrəyliyin bərpası naminə qoşunlar və mülki şəxslər yerləşdirib. Bu mövzu bitib-tükənməzdir və P2P sistemin əraziyə qədəm qoyması, dünyanın qalan əhalisinin də Əfqanıstan, Mərkəzi və Cənubi Asiyaya daxil olması və bilavasitə şəxsi münasibətlərin yaradılmasının vaxtıdır. 

Bu ardıcıllıqla Əfqanıstandakı hər bir uşaq onlayn olmalıdır. Hər bir uşaq Dünya Şəbəkə torunun bir hissəsi olmalı, sosial mediayaya sahib olmalı və dünyanın hər yerindən olan yaşıdlarıyla tanış olmalıdır. Hər bir uşaq dünyanın başqa bucaqlarında olan hər bir uşaqla ünsiyyətdə olmalıdır. P2P Əfqanıstanda gəncləri elə bir sistemə daxil edəcək ki, bu ünsiyyətin yararlı şəbəkəsi və məlumatların mübadiləsindən ibarətdir.  

 

Bugün üçün, Film Annex 30 000 Əfqanıstanlı uşaqları Dünya Şəbəkə Toruna daxil edib. Onlar, ən azından 200 dost və yaşıdlarının olduğu şəbəkələr yaradacaqlar. Bu o deməkdir ki, onlar ən azından yaşıdlarıyla məlumatlar payaşacaqlar. Hər biri gündə ən azı 20 email və ismarıc yazacaqlar. Bununla gündə ən azı 120 000 informasiya mübadiləsinə səbəb olacaq. Bu informasiyanın qarşısıalınmaz dalğası və imkanların artmasıdır. Heç bir hökümət, nə qədər investisiya yatırmasından asılı olmayaraq özlüyündə belə xidmət və dəstək göstərə bilməz. Gəlin böyük şəklə baaxq: Əfqanstandakı 8 milyon tələbə 1.6 milyard dostlar və yaşıdlardan ibarət geniş şəbəkə yarada və bununla hər gün 32 milyard məlumat mübadiləsi apara bilərlər. 

Maliyyə tərəfdən yanaşdıqda, əgər biz gündəlik əldə etdiyimiz 32 milyard məlumat mübadiləsini uyğun demoqrafiqlər və geo-ərazilərlə əlaqələndirsək, biz bunu asanlıqla reklam vasitəsilə pula çevirə bilərik. Daha da artığı, Əfqanıstanda və Mərkəzi və Cənubi Asiyanın digər inkişaf etməkdə olan ölkəsində təhsilə maliyyə dəstəyi göstərər bilərik. Bu yenidən Qadınların səlahiyyətləri konseptinə gəlib çıxır və qadınların nə dərəcədə  P2P sisteminin inkişafında ideal idarəetmələrini göstərir. Onlar məlumat və informasiya mübadiləsinin dayağıdır. Və onlar, ənənvi bizneslə məşğul olan kişilərin əvəzləyiciləri kimi üstünlüyə malikdirlər. Əfqanıstanda kişilərin qadınların uğurlarına ehtiyacları var. Onların qadınlara sosial mediada ehtiyacı var. Obama da seçkilərdə, qadınların sosial mediada gücü və P2P məlumat mübadiləsi vasitəsilə qalib gəldi. Qadınları sosial mediada dəstəkləyən prezidentə heç kim qalib gələ bilməz. 

P2P sistem həmçinin internet vasitəsi ilə öyrənmə və öyrətmə kimi imkanlar yaradır, təhsil və peşəkar bacarıqların inkişafına şərait yaradır və Mikro Təqaüdlərə və Mobil Pul ödəmələrinə sahibdir. Uşaqlar və tələbələr öz maliyyə ehtiyaclarını ödəyəcək və bununla onların ailələri də uşaqlarınn sosial fəaliyyətini dəstəkləyəcəklər. Beləliklə onlar Dünya Şəbəkə Toru və P2P şəbəkəsinin  aktiv hissəsi olacaq və gələcəkdə informasiya və GƏLİRİN etibarlı mənbəyi olacaqlar. 

Əfqanıstan, Mərkəzi və Cənubi Asiyada, Karib adalarında və digər inkişaf etməkdə olan regionlarda uşaqlara təhsil vermək üçün Film Annex və Afghan Cidatel Eksamer Təhsil Təminat proqramının üçüncü nəslini birgə inkişaf etdiriblər. Onlara sosial media və peşəkar yazarlığı öyrədirlər, beləliklə onlar P2P şəbəkəsinə daxil ola, hesablarını optimallaşdıra və maliyyə azadlığı yarada bilərlər. Bizim Examer Corporate səhifəmizə daxil olun və ilkin testlərimizlə tanış olun və konsepti daha yaxşı anlayın.

 Film Annex , Mərkəzi və Cənubi Asiyadak uşaqların ixtiyarına, 300 000 istifadəçinin qeydiyatdan keçdiyi, 40 000 film peşəkarın, 3,900 yazıçının və 35 000 peşəkar film və videoların, hansı ki onların 5,500-ü Open Film Library kanalındandır, toplandığı texnologiya və şəbəkələri təqdim edir. Həmçinin bununla 33 beynəlxalq reklam şirkəti və 50 reklam gəliləri modelinə girişi təmin edir. Həmin vasitələr minlərlə dünyamiqyaslı istifadəçilərin təhsilini və işini təmin edir və bu eyniylə Əfqanıstan, Mərkəzi və Cənubi Asiyadakı uşaqlarla da baş verə bilər. 



About the author

bitLanders

bitLanders is a digital platform whose entire user base earns bitcoin for their content and social activity. The goal of bitLanders is to promote worldwide access to the genius of Blockchain technology in a fun, unique, and safe environment. bitLanders users build and engage content (videos, blogs, photos, advertisements). The…

Subscribe 0
160