Əfqanıstan da daxil olmaqla, hər ölkənin 4 mühüm sektoru var ki, qadınlar və kişilər bir yerdə işləməli və məsuliyyətləri bölüşməlidirlər. Ən çox inkişaf etmiş cəmiyyətlər və sülhsevər ölkələr ,qadınlar və kişilər arasında balanslaşdırılmış münasibət və əməkdaşlıqdan faydalanırlar. Həmin dörd sektor bunlardır:
- İqtisadiyyat
- İnsan haqları
- İdarəçilik
- Liderlik
Əfqanıstanda, eləcə də Mərkəzi və Cənubi Asiyanın başqa ölkələrində ( Banqladeş, Butan, Hindistan, Qırğızıstan, Qazaxıstan, Maldiv adaları, Nepal, Pakistan, Şri Lanka, Tacikistan, Türkmənistan və Özbəkistan) sağlam inkişafın şahidi olmaq üçün yuxarıda sadaladığımız sektorlarda qadınların inkişafını dəstəkləmək lazımdır. Bunun üçün vaxt və yatırımlar gərəkdir. Bu dörd sektorun hamısına aid olan bir şey var. Mən bunu Proqram təminatı, Sosial və Rəqəmsal Media İnkişafı adlandırıram.
Proqram təminatı, Sosial Media, Rəqəmsal Media, Onlayn Reklam, Onlayn videolar və s. əsasında yaradılan iqtisadiyyat elə bir sahədir ki, burada qadınlar asanlıqla maliyyə nəzarəti qazana və onu saxlaya bilir və kişi biznesmenlərdən daha az müqavimət və daha çox əməkdaşlığa təşəbbüs görə bilərlər. Bu, Ariona Huffinqtonun kişilərin üstünlük təşkil etdiyi xəbər və media sənayesində liderlik qazanması və Tina Braunun Newsweek( köhnə iqtisadiyyat) və Daily Beast( yeni iqtisadiyyat) -ın birləşməsi üçün məsuliyyət daşımasına bənzəyir.
Film Annex aşağıda verilən məqsədlərinə çatmaq üçün Women Annex və Əfqanıstanın İnkişaf Layihəsini təsis edib:
- Herat məkətəblərində, 40 internet otağı vasitəsilə 160 000 uşağı internetlə təmin etmək.
- Əfqanıstan məktəblərində ən yaxşı tələbələri mobil ödəmə sistemləri vasitəsilə mükafatlandırmaq üçün Eksamer və mikro-təqaüdlər sistemini tətbiq etmək.
- Konsepti Mərkəzi və Cənubi Asiyanın digər ölkələrinə yaymaq; Banqladeş, Butan, Hindistan, Qazaxıstan, Maldiv adaları, Nepal, Pakistan, Şri Lanka, Tacikistan, Türkmənistan və Özbəkistan.
Film Annexin texniki avadanlığı və hədəfləri var, lakin biz layihəmizi Heratın sərhədlərindən uzalqlarda milli və beynəlxalq səviyyələrə qaldırmaq üçün digər beynəlxalq müəssisələrin və özəl şirkətlərin maddi və məntiqi dəstəyindən istifadə edə bilərik.
Konsept belədir:
- qadınlar üçün proqram təminatı
- kişilər üçün texniki vasitələr
Kişilər kompyuterləri quraşdırır və futbol stadionları tikirlər. Qadınlar proqram təminatı, qəbul etmə, paylaşma və rəqəmsal faktların gəlirlərini idarə edirlər. Qəbul etmə, təhlükəsiz və yüksək texniki avadanlığı olan inkişaf etmiş ölkələrdə baş verir. Reklam, layihənin iqtisadi davamlılığını saxlamaq üçün əsas vasitədir. Gəlirlər, iqtisadiyyatı inkişaf etmiş olan müəssisələrdə maliyyə təhlükəsizliyini qorumaq üçün saxlanıla bilər. Nə qədər çox proqram təminatı quraşdırılsa, qadınların gücü bir o qədər artar. Daha çoxt faktlar, daha az korrupsiya. Hansı genderin biznesi idarə etməsindən asılı olmayaraq, ənənvi şirkətlərə daha çox bu yolla xidmət göstərilir.
Ssenario belədir: Zəhmət olmasa İstiqlal futbol klubunun məşqlərinə və oynuna baxın. Bu videodakı insanlar kimlərdir?
Kişi futbolçular
Kişi məşqçilər və sahibkarlar
Kişi azərkeşlər
Kişi kinematoqraflar
Bu video, qadınların idarə etdiyi sosial media strategiyalarından istifadə edərək, qadınların idarə etdiyi bloq və video paylaşım platformasına, qadınların idarəsində olan qəbul etmə, paylaşma və reklam xidməti vasitəsilə yüklənib. Nəticə budur: qadınlar tərəfindən idarə olunan reklam və maliyyələşdirmə gəlirləri sistemi və qadınlar tərəfindən idarə olunan ödəmə sistemi.
Daha çox videolar və yazılı məzmunlar= Daha çox qadın idarəçiliyi= Qadınlar üçün daha çox imkanlar.
Gördüyünüz kimi, bu layihənin beyni və maliyyə mühərriki, Əfqanıstanda və dünyanın başqa yerlərində, öz evlərindən işləməyi bacaran Əfqan qadınlarıdı. Qadınlar hədəflərin müvəffəqiyyətini tənzimləyir.
Heç kim, ünsiyyət bacarıqları, sosial media və məlumatların mübadiləsində qadınları üstələyə bilməz. Kişilər məlumat və informasiyaların mübadiləsindən daha çox, öz üstünlüklərini göstərməkdə maraqlıdırlar. Onlayn biznesdə, ənənəvi əməkdaşıq reytinqlərinin nisbi dəyərə malik olduğu halda, məlumatların mübadiləsi daha çox gəlir və uğur gətirir.
Burada, bəzi sualların cavabları verilib:
- Biz niyə CIDATEL of New York-u təsis etmişik?
- Əfqanıstan, Mərkəzi və Cənubi Asiyadakı qadın sahibkarları, şəffaf və təhlükəsiz bank sistemi də daxil olmaqla inkişaf etmiş iqtisadiyyatda biznes xanımları üçün mövcud olan avadanlıqlarla təmin etmək,
- Loqinlər və kredit kartları daxil olmaqla, büdcələrinə təhlükəsiz keçid,
- Təhlükəsiz, davamlı və inkişaf etmiş iqtisadi mühitdə gəlirlər, inkişaf etməkdə olan ölkələrdə maliyyə riskini aradan qaldırmaq.
2. Business Digital İncubator-u yaratmaqda məqsədimiz nədir?
- Fikirlərini ifadə edən və dəstək gösrtərən ekspert və fikir liderlərinə malik olmaq,
- Əlavə video kontent və onlayn məlumatlar vasitəsilə gəlir əldə etmək,
- Əfqanıstan, Banqladeş, Butan, Hindistan, Qırğızıstan, Qazaxıstan, Maldiv adaları, Nepal, Pakistan, Şri Lanka, Tacikistan, Türkmənistan və Özbəkistan kimi ölkələrə səyahət etmədən İNTERNETLƏ təmin olunmuş sinif otaqlarl tikməkdə maraqlı olan üstün şəbəklər və texnologiya şirkətləri ilə əməkdaşlığa nail omaq.
3. Examer Eduvcational Software nədir?
- Əfqanıstanlı qadınlar tərəfindən hazırlanan və inkişaf etdirilən ödənişsiz onlayn təhsil proqram təminatı,
- Bunu vasitəsilə ən yaxşı tələbələri seçə və Better than Cash Alliance( USAid-in təklif etdiyi) kimi mobil ödəmə sistemlərin vasitəsilə onlara mikro-təqaüdlərin verilməsi,
- Əfqanıstanlı tələbələrə sosial medianı öyrətmək və onlarla onlayn əlaqə üçün platforma,
- Film Annex və difər beynəlxalq şirkətlər tərəfindən işlə təmin oluna biləcək yazıçılar, yaradıcılar və kino istehsalçıların aşlkar olunması.
Əfqanıstanda da yazıçılar inkişaf etmiş ölkələrdə olduğu kimi, eyni şərtlər və dəyərlərlə gəlir əldə edirlər. Film Annex, Buzz xalına görə onalra ödənişlər edir. Əfqanıstanda xanımlar evdə daha çox vaxt keçirdikləri üçün daha yüksək Buzz xalına malikdirlər. Nəticə etibarilə, onlar sosial mediada daha aktivdirlər.
Yuxarıda sadaladıqlarımız imkan yaradır ki, Əfqan qadınlar proqram təminatı inkişaflarını və rəqəmsal media xidmətlərini Əfqanıstanın sərhədlarini aşaraq, Mərkəzi və Cənubi Asiyanın başqa yerlərində, hətta Hindistanla rəqabətə girərək, dünyanın digər ölkələrində göstərsinlər.
Roya Məhbub və Fereşteh Foruf kimi iş qadınları bu günə qədər işlədiyim ən yaxşı biznes adamlarıdır. Onların qadınlardan ibarət proqram təminatı yaradıcıları komandası USAid və digər beynəlxalq təşkilatların Əfqan qadınlarının inkişafına və səlahiyyətlərinin artırılmasına pul yatırması üçün ilk addımdır.
Son 5 ay ərzində, Roya Məhbub və onun komandası, Heratda 5 məktəbdən 20 000-dən çox tələbənin İnternetə qoşulmasına nail olublar. Həmçinin bu komanda, yeni başlayan hər bi tələbənin Facebook və Twitter kimi sosial şəbəkələrdə qeydiyyatdan keçməsinə, email ünvanları yaratmasına və Film Annex kimi platformalara video və bloq yazılarını yükləməsinə yönləndirirlər( bildiyiniz kimi Youtube qadağan olunub).
Eksamer Təhsil proqram Təminatı ideyeasını Roya Məhbub, Elaha Məhbub və Fereşteh Foruf irəli sürüb. İtaliyan təşəbbüskarların sayəsində, onlar bu proqram təminatının 3-cü nəslini inkişaf etdirirlər ki, bununla da Əfqanıstanda və dünyanın başqa yerlərində olan milyonlarla tələbələr və müəllimlər ödənişsiz təhsil ləvazimatlarını və materiallarını asan əldə edəcəklər.
Roya Məhbubla tanış olun:
Fereşteh Forufla tanış olun:
Elaha Məhbubla tanış olun:
* Angela Shah Dubayda frilans ( ştatdankənar işçi) jurnalistdir. The New York Times, TIME , Newsweek və Müəssisə İnvestorları qəzetlərində işləyib. O, " Əfqanıstanda, Roya Məhbub qızları kompyuterlərlə təmin edir" adlı məqalənin müəllifidir.