Jack Tew tərəfindən təklif olunan film istehsalı - eksamer film layihəsi

Posted on at

This post is also available in:

Bu bloq yazısı reklam üçün mətnlərin yazılması haqqındadır, hansı ki, qısametrajlı bir film üçün dəyər və struktur baxımdan mətnlərin yazılma qaydası ilə oxşarlıq təşkil edir. 


Mətn sizin düşüncələrinizin ssenaridə əks olunaraq digərlərinə təqdim etdiyiniz materialdır. Digər rejissorlarla rəqabətdə yaxşı ssenari ən güclü silahdır.


Müştəri, münsiflər heyəti, aktyor hətta sənin valideynlərin film barədə sənin konkret olaraq nə düşündüyündən agah olmalıdırlar ki, sonda cavabsız bir sual belə qalmasın.  


Həmçinin mətn göstərməlidir ki, bütün bunları kim üçün və nə üçün edirsən. İdeyan nədir, səs və görünüş, məkan, heyət və digər elementlərin filmdə öz əksini tapmasının məntiqi açıqlamasını verməlisən. 


Sənin təqdim etdiyin mətn film barədə biliklərini yoxlamağa imkan verir. Üstəgəl, öz işinin dərinliklərinə varmağa və özünü sorğulamağa imkan yaradır ki, bu da film üçün mühüm amildir!


Aşağıda bir neçə il əvvəl "Blackberry" üçün hazırladığım nümunəni sizə təqdim edirəm. Təəssüf ki, bütöv formatda baxış üçün hazır deyi, lakin mənim də çox bəyəndiyim bu nümunə sizə uğurlu mətnin dəyərini anlamağa kömək edəcək. 


 



 


 


Qısa xülasə: Bununla oxucu və ya izləyiciyə filmin ümumi mövzusu barədə məlumat verilir. Xülasə elə yazılmalıdır ki, oxucu sona qədər davam etməkdə maraqlı olsun.


 



 


Hekayə: Filmdə nələr baş verir? Auditoriyanı ardıcıl olaraq nələr gözlədiyindən agah etmək.


 


 


Yanaşma:  Yenicə yazdığınız mətni ekranlaşdırmağa cəhd. 


Prosedur bu mərhələlərdən ibarətdir: Kamera/baxış, səs effekti, qruplaşdırma, redaksiya və fimin reallaşması üçün lazım olan sizin mühüm hesab etdiyiniz digər faktorlar. 


Həmçinin sizin filmi görmə bucağınız əks etdirən şəkillər


 


Heyət:  filmdə görmək istədiyiniz heyət, personajların yaşı, xarakter və s. təsvir və şəkillər. Həmçinin sizin, rejissorun personajları necə ən yaxşı formada təqdim edə biləcəyi yollar. 


Bu bölməyə aktyorların filmdə arzu etdikləri geyimlər də daxil ola bilər. Və bunlara dair nümunələr göstərmək üçün şəkillər.  


 


Məkan: Eləcə də arzu etdiyiniz məkanın təsvir və şəkillərini əvvəlcədən təqdim etməlisiniz. 


Həmçinin əvvəlcədən çəkiliş barədə və heyətin təhlükəsizliyinə dair məkan sahibləri ilə razılaşmaq.


Bu bölməyə məkanda yerləşən qurğu dizaynının şəkillər və detallarla təsvirini də daxil etmək olar. 


 


Yekun sözlər:  Hər zaman işinizi yekunlaşdırarkən, bu mükəmməl ssenari üzərində işləməkdən zövq aldığınızı və ya sadəcə bu işə nə qədər həvəsli olduğunuzu vurğulamaqla kifayyətlənə bilərsiz. Nə yolla olursa olsun, oxucuya bu işə qarşı olan böyük ehtirasınızı çatdırın.



About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160