Kofe kofe

Posted on at

This post is also available in:

Mən kofe aludəçisi deyiləm, ama ola bilərəm. Kofeni hər zaman çox sevmişəm, onun cazibəsinin qurbanı ola bilərdim. Və özəl zamanlarda kofe içmək xoşuma gəlir, məsələn həftəsonu səhərlər :) Hər bir halda, "Amerikanı kofe idarə edir", sonsuz sayda bu ölkənin insanları bu mükəmməl eliksirdən asılı hala düşüblər və kafeynin zərərləri barədə irəli sürülən fikirlər onları bu içkidən yayındırmır. Son tədqiqatlar göstərir ki, kofe əvvəllər insanların zənn etdiyi qədər də təhlükəli deyil. Burada bir neçə məsləhətlə tanış olaq. 

BİZİM ÖVLADLARIMIZ. Hər zaman kofenin uşaqların səhhəti üçün təhlükəli olması barədə iddialar irəli sürülmüşdü. Lakin son araşdırmalarda bəlli olub ki, kofe uşaqların sağlamlığı üçün daha da təhlükəli ola bilər. Kofe içərkən, uşaqların qəbul etdiyi şəkərin miqdarı yüksək olduğu halda şəkərli diabet kimi ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər. Daha aydın desək, tərkibində daha çox kafeyn olan soda və enerji içkiləri uşaqların sağlamlığı üçün daha zərərli ola bilər, nəinki kofe.   

YUXUSUZLUQ: HƏ YA YOX. Əgər kafeynli içkilər və ərzaqlar qəbul etməsək yuxusuzluqla bağlı probləmlərimiz olmaz. 

BƏZİ FAYDALARI. Elmi araşdırmalara görə, kofedən çox istifadə edən insanlarda kafeynin təsiri ilə, enerji yüksək olur, ayıqlıq güclənir, yaddaş möhkəmlənir, bəzi hallarda baş ağrıları və astmanın qarşısını alır. Lakin bu o demək deyil ki, biz kofedən asılı olmalıyıq. Bu iddialar üçün yeni sübutlar gərəklidir. 

SADƏCƏ VƏRDİŞ. Kafeyn yüngül asılılıq yaradır, lakin bu aludəçilik alkoqol və narkotik maddələrlə müqayisəyə gələ bilməz. Məsələn,  kafeyndən uzun müddətlik asılılıqdan sonra, qəfil fasilə baş ağrılarlına, aramsız sıxıntılara və fikir dağınıqlığına səbəb ola bilər, lakin bu hallar narkotik vasitələr və alkoqollu içkilərdən əl çəkdikdə yaranan fəsadlarla eyni deyildir. Kafeyn aludəçiliyi biz düşündüyümüz qədər də təhlükəli deyil. 

KAFEYN VƏ SAĞLAMLIQ PROBLEMLƏRİ. Son araşdırmalara görə, sağlam orta yaşlı insanlar üçün hər gen 3 fincan kofe içmək məqbul sayılır. Səhətində problemlər olan yaşlı insanlar üçün gündəlik kofe içmək zərərli ola bilər, lakin əvvəllər güman edildiyi kimi təhlükəli deyildir. Məsələn, əgər gündəlik kalsium ehtiyacımızı qəbul etdiyimiz qidalarla ödəyiriksə, onda kofe gələcəkdə bizim səhhətimiz üçün riskli sayıla bilməz. Həmçinin, baxmayaraq ki, kofe qan təzyiqi və ürək döyüntüsü artırır, son tədqiqatlar kafeyn və ürək xəstəliyi arasında heç bir əlaqə tapmayıblar. Buna görə də, səhhətimizdə yaranan bu tipli problemlərin səbəkarı hər zaman kofe olmaya bilər. 

Nəticə etibarilə, mən insanları kofedən az və ya çox istifadə etməyə çağırmıram, çünki bu içki barədə hələ də cavabsız qalan suallar var. Hər bir halda, normal qəbul olunduğu halda, xüsusilə səhərlər, sağlamlığımız üçün faydalı ola bilər. Təəssüf ki, biz kafeyni yalnız kofeylə deyil, digər qidalarla da qəbul edirik və bu yaxşı hal deyil. Ən əsası, həddindən artıq kafeyn qəbul etməmək üçün, içdiyimiz kofenin miqdarına diqqət yetirməliyik.

 

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

Müəllif: Giacomo Cresti 



About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160