Mobil pul ödəmə sistemi və Women's Annexlə Əfqanıstanda məktəblərin tikilməsi

Posted on at

This post is also available in:

İnkişaf etməkdə olan ölkələrdə, xüsusilə də Əfqanıstanda, insanlar kredit kartları əvəzinə nəğd pul gəzdirməyə üstünlük verirlər. Bu, özündə pul saxlamağın köhnə üsuludur, lakin bugün texnologiya və rəqəmsal ünsiyyət vasitələrinin sürətli inkişafını nəzərə alsaq, uyğun rəqəmsal maliyyə xidmətləri artıq bir ehtiyaca çevrilib.

Böyük ehtimalla öz hesabına istədiyiniz vaxt cəld və təhlükəsiz daxil olmağın ən optimal variantı internet olardı, lakin nəinki sürətli interneti hətta davamlı elektrik enerjisi olmayan ölkələr üçün bu heç də keçərli deyil.

Mobil sistem Əfqanlar üçün gündəlik və iş həyatında əsas vasitədir. Bir çox Əfqan ailələrində ən azı bir nəfər bu sistemə daxil olub. Maliyyə xidmətlərindəki çətinliklərlə yanaşı, Mobil Pul Ödəmə sistemi artıq bir neçə il əvvəl Əfqanıstanda öz işinə başlayıb. 

M-Paisa   ilk mobil pul köçürmə vasitəsidir. Sistem, 2008-ci il, Vofafone-la əməkdaşlıqda Roshan tərəfindən təqdim olunub. Əfqanıstan Kenyadan sonra bu sistemi reallaşdıran ilk ölkə idi. Belə maliyyə xidmətlərindən istifadə daha sürətli ünsiyyətə səbəb olar və maliyyə agentliklərinə müraciət edə bilməyən ölkənin ucqarlarında yaşayan vətəndaşlarla əlaqələrdəki çətinlikləri aradan qaldırar.   

Mobil bank sistemində aparıcı ekspert və və USAidin Mobil Problemlərin həlli komandasının rəhbəri olan Priya Jaisinghani Film Annexlə müsahibəsində bildirdi ki: " USAid Əfqanıstanda mobil pul sistemini dəstəkləməklə, ölkənin gələcək inkişafı üçün böyük imkanlar yaradır. Mobil pul vasitəsilə, Əfqanlar rahatcasına maliyyə xidmətlərindən yaralana, lazım olduqda ailə və dostlarına pul göndərə, borc ala və öz gələcəkləri üçün pul yığa bilərlər. " 

Texnologiya müxtəlif sektorları birləşdirə və onların birgə işini təmin edə bilər. Mobil pul ödəmə sistemi ilə Əfqanıstanda təhsili əlaqələndirmək məhz Film Annexin Əfqanıstanda həyata keçirdiyi əsasə missiyadır. Bununla yanaşı məktəbdə qızları dəstəkləmək və onları maddi müstəqillik qazanmağa təhrik etmək üçün Əfqan İnkişaf LayihəsiƏfqanıstanda İnternetlə təmin olunmuş sinif otaqları layihəsi yanaşı həyata keçirilib.  

40 İnternetlə təmin olunmuş sinif otağı sayəsində 160 000 tələbə sosial media tədris planından və mobil pul sistemindən istifadə edərək Onlayn Eksamer təhsil proqram təminatından  faydalanacaqlar. Ən çox xal yığanlar və daha çox bloq yazısı yazanlar bizim mobil pul sistemi vasitəsilə gəlir əldə edəcəklər. Beləliklə, qızlar maddi müstəqillik qazana və hətta ailələrinə kömək edə bilərlər. Məhz belə Əfqanıstanda və sonra Mərkəzi və Cənubi Asiyada Əfqan İnkişaf Layihəsi ilə qadınların səlahiyyətlərinin artırılması prosesi həyata keçirilir.  

 



About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160