Olimpiya uğurları üçün Əfqanıstan və Mərkəzi Asiyanın fərqi

Posted on at

This post is also available in:

Mərkəzi və Cənubi Asiya, Əfqanıstan, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Qırğızıstan, İran və Tacikistan kimi ölkələrdə müxtəlif mədəniyyətləri və dilləri özündə birləşdirir. Təkcə Əfqanıstanda, hədsiz müxtəlif regionlar, ənənələr və İslam adətləri daxilində bir çox  fərqlər var. Bu dediklərimi yuxarıda qeyd etdiyimiz hər ölkəyə aid etsəniz regionun mürəkkibliyinin fərqinə vara bilərsiz. Bu çağırış deyil, sadəcə fürsətdir. 

Əvvəlki məqaləmdə ( Win the digital treasure hunt of Central Asia by building schools in Afghanistan) , Mərkəzi Asiya və Avropa Birliyi arasındakı müqayisəni xatırlatmışdım. Bugün Olimpiya oyunları sona çatır və təklif edirəm ki, Avropa birliyinin ümumi medaları siyahısına baxasınız. Və onda görəcəksiniz ki, mədəniyyət, dil və adət-ənənələrin müxtəlifliyi xüsusi idman performansları üçün şərait yaradır. 

 

Əfqanıstanın İnkişaf Layihəsi bu müxtəlifliyi təmin etmək, Əfqanıstanın Təhsil Sistemi və İqtisadiyatı üçün zərurətləri yerinə yetirmək üçün hazırlanıb. Buna görə də biz diqqətimizi xüsusiləşdirilmiş dillər və sektorlar yaratmağa yönəltmişik. İndi biz, təhsillə real bağlılığı olduğundan Əfqanıstan və Mərkəzi Asiya idmanında Film Annexin maraqları layihəmizi genişləndirmək prosesindəyik. 

Bu həftə,Əfqanıstanın Taykvando üzrə Olimpiya oyunlarındakı təmsilçisi Ruhulla Nikpay, London Olimpiyadasında ardıcıl üçüncü Bürünc medalını qazanmaqla Pekindəki performasını təkrarladı və göstərdi ki, Əfqanıstanda idman sahələri daha da güclənir, onun müxtəlifliyi və potensialından tam faydalanır. 

 

 

 

Qazaxıstan 7-si Qızıl olmaqla, 13 Olimpiya medalını qazanıb

İran 4-ü Qızıl olmaqla 12 medal

Azərbaycan 2-si Qızıl olmaqla 10 medal

Özbəkistan 1-i Qızıl olmaqla 4 medal

Tacikistan 1 medal

Əfqanıstan 1 medal

 

Ümumilikdə isə  14 Qızıl Olimpiya medalı və 41 Olimpiya medalı!



About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160