Onlayn film yayımlanması və sosial media vasitəsilə qadınların səlahiyyətlərinin artırılması

Posted on at

This post is also available in:

Qadınların səlahiyyətlərini artırmaq üçün onların mediaya nəzarətini təşkil etmək lazımdır. Bura sosial media, film və xəbər istehsalı və yayımlanması daxildir. Film paylaşma kino sənayesinin ən çox gəlir gətirən sahəsidir. Onlayn film paylaşımısosial media sayəsində dünyanın hər yerində qadınlar gəlir əldə edərək, mədəni və maddi müstəqillik əldə edə bilərlər. Bununla, onlayn və ya TV vasitəsilə paylaşımlar zamanı qadınlar kişilərdən asılı olmayacaq və maddi imkanları artacaq.   

Women's Annex bütövlükdə qadınlara həsr olunan, Mərkəzi və Cənubi Asiyadan olan qadınlar tərəfindən idarə olunan ilk platformadır. Women's Annexin  məqsədi, Mərkəzi və Cənubi Asiya, Əfqanıstan, Banqladeş, Butan, Hindistan, Qırğızıstan, Qazaxıstan, Maldiv adaları, Nepal, Pakistan, Şri Lanka, Tacikistan, Türkmənistan və Özbəkistandan olan qadınların,  paylaşım və maddi müstəqilik üçün platforma ilə  təmin olunmasıdır. 

  Film Annex , Women's Annexi 35 000 peşəkar film, 300 000 qeydiyyatdan keçmiş istifadəçi şəbəkəsi, hansı ki, bunlarlan  40 000-i peşəkar kinematoqraf və 3 900-ü yazardı, və hər ay 50 milyon izləyicisi olan auditoriya ilə təmin edir. Film Annex həmçinin reklam ehtiyaclarını qarşılamaq üçün 30 beynəlxalq reklam şirkəti ilə işləyir və bununla, qadınların idarəçiliyini, istehsal və paylaşım məhsullarını maliyyələşdirir. Fərq etməz,  onlar bunu özləri üçün və ya digər kinematoqraflar üçün edirlər.  

 

İcazənizlə, daha ətralı izah edərdim:

 

Almaniyada və ya ABŞ-da olan hər hansı bir kinematoqraf və onun filmləri Əfqanıstanlı xanımlar tərəfindən dəstəklənə və paylaşıla bilər. Kino istehsalçı öz Web televiziya reklam gəlirlərini əldə edəcək. Həmçinin onu dəstəkləyən Əfqanıstanlı xanımlar da öz Web televiziyalarının reklam gəlirlərini əldə edirlər. İki müxtəlif Web televiziya  eyni məhsulu yayımlamaqla iki fərqli tərəfi qazandırır. Kinematoqraf pulsuz dəstək və bununla daha çox gəlir əldə edir. Əfqanıstanlı xanımlar onların Web televiziyalarında yerləşdirilən kinematoqrafların istehsalına görə gəlir əldə edirlər. 

Əfqan qadınlar həmçinin öz istehsallarını Web televiziyalarında paylaşmaqla daha çox gəlir əldə edə bilərlər. Məhz buna görə kino istehsalı Film Annexin təsis etdiyi İnternetlə təmin olunmuş sinif otaqları olan məktəblərdə  Eksamer təhsil proqram təminatının Sosial Media tədris planının əsas hissəsini təşkil edir. Sosial media vasitəsilə, Herat məktəblərində minlərlə uşaqlara əsasən də qızlara məhz bunu öyrədirik. Ən yaxşı tələbələr mobile money tərəfindən mikro təqaüdlərlə təltif olunur və ən yaxşı məzunlar Film Annex və onun müştəriləri ilə birgə yazar, sosial media ekspertləri və Web televiziya menecerləri kimi fəaliyyət göstərirlər. Bu səbəbdən, Film Annex şəbəkəsində ən yaxşı müstəqil kinematoqraflar Eksamer təhsil proqram təminatı üçün Kino istehsalı tədris proqramını və aşağıdakı kimi həvəsləndirici videolar hazırlayırlar:

 

Bugün, Film Annexin tələbi dünyanın hər yerindən olan müstəqil qadın kinematoqrafları tapmaq, peşəkar təcrübələri barədə onlardan müsahibə almaq, onların gələcək istehsallarını maliyyələşdirmək, Film Annex və Women's Annex platformalarında onların işlərini paylaşmaq, onları media paylaşımı və maddi müstəqillikdə nə qədər səlahiyyətli olduqlarına dair məlumatlandırmaqdan ibarətdir. Film Annexin Yaradıcı direktoru Eren Gulfidan və  həmçinin Film Annexdə Cənubi və Mərkəzi Asiyayla əlaqədar şəxs  Fereşteh Foruf, Roya Məhbub və onun Əfqanıstandakı komandası ilə birgə bu məqsədə nail olmağa çalışırlar: Əfqanıstan, Mərkəzi və Cənubi Asiyada qadın kinematoqrafların maliyyələşdirilməsi və onların səlahiyyətlərinin artırılması. 

İnsanlar məndən soruşur: Bunun reallaşması üçün sənə nə lazımdır? Biz sənə necə kömək edə bilərik?


Bu onsuz da reallaşır, lakin biz daha artığını bacararıq. Daha artığı üçün, daha çox İnternetlə təmin olunmuş sinif otaqları təsis etmək, daha çox rəqəmsal kameralar almaq və sosial mediadan istifadə qaydalarını və film istehsalını tədris etmək üçün daha çox müəllimlərə ehtiyac var. Film Annex kimi özəl investorların, hökumət və qeyri hökumət təşkilatlarının verdiyi qrantlar və maliyyə yardımları vasitəsilə bütün bunları həyata keçirməyə qadir olan şəxs bizim Əfqanıstandakı tərəfdaşımız Roya Məhbubdur. Bu da orada öz maliyyə dəstəyimizlə görüklərimiz işlərin bəhrədsidir. Biz məktəblərin sayını 1000-ə , tələbələrin sayını 80 milyona və bununla sosial mediya əlaqələrimizi  1,6 milyarda çatdırmaq niyyətindəyik. Bu, Əfqanıstanlı, həmçinin Mərkəzi və Cənubi Asiyanın digər yerlərindən olan gənc xanım və cənablar üçün mədəni inkişaf meyarıdır. 



About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160