Çox işlə! Tənbəllik etmə! Əfqanıstanın iqtisadiyyatı səylərə dəyər

Posted on at

This post is also available in:

İspaniyanın iqtisadiyyatda apardığı mübarizə gündəlik aldığım xəbərlərdən biridir. 80-cı illərdə İspaniya iqtisadiyyatının yüksəlişi və hamının İspan möcüzəsi barədə danışması yaxşı yadımdadı. 1985-ci il, iqtisadi göstəricilərdə İtaliya 7-ci, İspaniya isə 14-cü pillədə qərarlaşmışdı. 1990-cı ildə isə İtaliya 5-ci, İspaniya isə 9-cu yerdə idi. Bir neçə il ərzində İspaniya, Avstraliya, Braziliya, Meksika və Hindistanı üstələyərək 5 pillə irəliləyə bilib. 

 1990-cı il, 21 yaşımda Los Angeles şəhərinə yenicə köçmüşdüm və çox əzmkar idim. Öz ölkəmin performasını və onun yüksəlişini izləməkdən zövq alırdım, lakin bilirdim ki, hər bir mübarizə xarakterli yarışda olduğu kimi, inkişaf mərhələsində kimsə yüksək pillədə dayanıbsa, tədricən yavaşlayacaq. İspaniya düzgün yolu seçmişdi lakin fundamentalar çatışmırdı və bugün nəticələrin hesabını ödəyir. 

Bugün mən bütün diqqətimi Əfqanıstana yönəltmişəm, Əfqanıstanda ekspertlər və gənclərlə birgə fəaliyyətim şərait yaradır ki, Əfqanıstanın iqtisadiyyatında olan potensialı, inanılamz inkişafı və həmçinin riskləri görə bilim... İspaniyada olduğu kimi. Artıq 10 ildir ki, Amerika və Avropa hökumətləri Əfqanıstan hökumətini və özəl müəssisələri dəstəkləyir. Artıq 10 ildir ki, Əfqanıstanlı gənclər oxumaq üçün dünyanın hər yerinə gedir və Əfqanıstanın təhsil sistemi üçün fundamentalları inkişaf etdirirlər. İllərlə onların təhsil və azadlıq haqları əllərindən alınıb, lakin son 10 ildə inanılmaz fürsətlərə sahib olublar. 

Əfqanıstanlı gənclərin öz talelərini həll etməyin və çox çalışmaqlarının vaxtı yetişib. Çoz işləmək deyəndə mən 1 gündə 18 saat işləməyi və necə özünə-faydalı və daha məhsuldar olmağın yollarını tapmağı nəzərdə tuturam və beləliklə Film Annex kimi xarici  investorlar ölkədə yatırım etməyə daha da həvəslənəcəklər. Ağılla işləməyin və digər inkişafda olan iqtisadi sahələrlə yanaşı rəqəmsal mediyaya da diqqət yetirməyin vaxtıdır. Xeyriyyəçilik özündə böyük, lakin daimi olmayan məzmunu ehtiva edir. Müharibələr, təbii fəlakətlər və iqtisadi tənəzüllər artacaq və Əfqanıstan daha diqqət mərkəzində olmayacaq. Əfqanıstan ani son dəqiqələrdə baş verən sürprizlərə qarşı profilaktik tədbirlər görməlidi.   

Əfqanlar başa düşməlidirlər ki, dünyanın başqa ölkələrinə göndərilməli olan ən vacib ismarıc yaxşı və etibarlı yatırımlarla bağlı olmalıdır. Əfqanıstanda, hər hansı bir xarici investor ən vacib şəxs hesab olunur və əfqanlar özləri onu müdafiə etməlidirlər. Onların uğurları və əldə etdikləri qazanc sənədləşdirilməli və digər xarici investor və tərəfdaşları cəlb etməlidir. Bilirəm, belə bir aldadıcı tendensiya var ki, beynəlxalq yardıma fasilə verilməlidir, lakin Əfqanların xarici investorlar üçün faydalı imkanlarla dolu olan mühiti yaratmağın vaxtıdır. 

 Gördüklərimdən belə qənaətə gəlmişəm ki, Əfqanıstanın ÜDM (Ümumi Daxili Məhsul) və inkişafı üçün ən böyük düşmən və təhlükə Taliban və ya ekstremistlər yox, orta təbəqənin münasibətidir. Əgər məqsəd daha məhsuldar olmaq və xarici investorlara etibardırsa, onda Əfqanıstan fürsətlər diyarıdır və özəl investorların ölkəyə yağış kimi yağmasl ilə nəticələnə bilər. Əks təqdirdə, onlar bir də heç zaman geri dönməmək şərtilə yoxa olacaqlar.   

Məhsəbimdə mən çox şanslıyam. Mən İtaliyanın Florensiya şəhərində doğulmuşam və bu mənim doktorantura təhsilimdi. Bəxtim onda da gətirib ki, ailəm gənc yaşımda ABŞ-da biznes qurmağım üçün mənə dəstək göstərdi və imkan yaratdı. Bu gün də xoşbəxtəm ki, Əfqanıstanda Roya Məhbub və Fereşteh Foruf kimi tərəfdaşlar tapmışam və onların işıq sürətilə Əfqanıstanda internetlə təmin olunmuş sinif otaqları olan məktəblər təsis etmələrinin şahidiyəm.

Əlavə qeyd: Florensiyada 370 000, Heratda 397 000 əhali var. 

 

 



About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160