Yeni Film Annex Buzz xalı və gəlirlərin paylaşım sistemi (məqaləmdə oxuyun), Women Annex və Examer Vocational and Educational Software( Eksamer texniki peşə təhsili proqram təminatı) -dən olan xeyriyyəçi təşəbbüskarlarla birgə çalışır. Biz bununla gələcəyin peşəkar yazar, sosial media eksperti, kinematoqraf və proqram təminatı yaradıcılarını yetişdirmək üçün Əfqanıstan, Ermənistan, Azərbaycan, Banqladeş, Butan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Nepal, Pakistan, Şri Lanka, Tacikistan, Türkmənistan və Özbəkistan kimi inkişaf etməkdə olan ölkələrdə yaşayan qadınların səlahiyyətlərini artırmağa səy göstəririk. Onlar üçü məqsəd, maddi müstəqillik əldə etmək və Film Annex kimi beynəlxalq şirkətlərlə əməkdaşlıq etməkdir.
Eksamer texniki peşə təhsili proqram təminatına qoşulan tələbələr də, Film Annex platformasının bir hissəsidir. Onlar Buzz xallarına görə sıralanıblar, həmçinin fəaliyyət və təsir dairəsinə əsasən gəlirlər əldə edirlər. Ən yaxşı tələbələr qazanclarını sosial təqaüdlər və Film Annexdəki sosial media gəlirləri ilə artırırlar. Bu iki paralel yol vasitəsilə gəlir əldə etmək, təhsilə dəstək olmaq və davamlı biznes qurmaq mümkündür. Bu layihənin real innovasiyası inkişaf etməkdə olan ölkələrdəki qadınları inkişaf etmiş ölkələrdəkilərlə eyni kompensasiya səviyyəsinə çatdırmaq və onları maddi imkanlarla təmin etməkdir. Yerləşdikləri zonaya əsasən az məvacib almaq əvəzinə onlar, Buzz xalı və Sosial media fəaliyyətlərinə görə yaxşı gəlir əldə edirlər.
Davamlı biznes və xeyriyyəçilik üçün yeni meyarlar bunlardır:
#yerliistedadıkəşfet
#hekayəsöyləmə
#videoelan
#sosialbiz
Əgər hər hansı bir gənc xanım və ya tələbə öyrənmək, maddi müstəqillik əldə etmək və öz ailəsinə dəstək olmaq istəyirsə, öz arzularını reallaşdırmağa Eksamer texniki peşə təhsili proqram təminatı ilə öz ilkin bacarıqlarını inkişaf etdirməyə başlaya bilər. Paralel olaraq, Film Annex platforması vasitəsilə o, sosial media və onlayn reklam dünyasına daxil olacaq. Ən əsas, o bir daşla iki quş vurmuş olacaq.
Üzərində işlədiyimiz ilk təqaüd proqramı ilə daha yaxından tanış olmaq üçün mənim Examer Film Project ( Eksamer Film Layihəsi) məqaləmi oxuyun. Növbəti həftə, Eksamerdə 75/25 yeniliklərini yoxlayın, hansı ki, bunlardan, 75%-i məlumatlara nəzarət olunmasını və 25%-i yeni paylaşımların və təhsilə yeni baxışın göstəricisidir. Bütün bunlar hashtag-lardan başlayır və gənc tələbələrə minnətdarıq ki, bunların peşəkar bloq və ya videolara ötürülməsini təmin ediblər. Tələbələr beynəlxalq mikro-təqaüdlər və Film Annex kimi onlayn video və bloqqinq platformasına öz töhfələrini verməklə təltif olunurlar. Aşağıdakı rəsimdə, 75/25 Eksamer operativ tədarükçüsünün hashtagı əks olunub ( hashtag#hekayəsöyləmə)