Sosial Media və onlayn film yayımlanması - Film Annexin kinematoqrafları özlərinə necə dəstək olurlar

Posted on at

This post is also available in:

Son zamanlar,  Film Annex platforması üçün sərgilədiyiniz işlərin sosial medialarda paylaşılmasının sizin Buzz xalınız üçün vacib olduğunu tez-tez vurğulayırıq. Bununla kütləni öz Web televiziyanıza yönləndirir və həmçinin gəlirlərinizin miqdarını artırırsınız. Qısametrajlı kino istehsalçılarımızdan bəziləri sosial mediada çox aktivdilər və  Web televiziyalarına dəstək olmaq üçün Websaytarından istifadə edirlər. Bu bloq yazısında, bizim kinematoqrafların, xüsusilə də Erenin favoritlərinə daxil olanların, filmlərin paylaşılmasına dəstək üçün İnternet və sosial mediadan necə istifadə etdiklərinə dair bir neçə nümunə ilə tanış olacaqsız. 

 Kino istehsalçılar barədə ətraflı məlumatı, onların sosial mediadakı fəaliyyətini izləyərək ala bilərsiz:

Amy Hill - Sosial mediada film və bloqların dəstəklənməsi

Mark Kuczewsi- Sosial mediada film və bloqların dəstəklənməsi

Nick Fox Gieg- Sosial mediada film və bloqların dəstəklənməsi

Lisa Stock- Sosial mediada film və bloqların dəstəklənməsi

Sorcha Anglim- Sosial mediada dəstək və paylaşım

Ken Turner- Sosial mediada dəstək və paylaşım

Jonathan Ng- Sosial mediada paylaşım və onlayn film paylaşımı

Andy Parker- Film paylaşımı və reklam - Sosial mediada paylaşım 

Jeff Chiba Stearns - Onlayn film maliyyələşdirilməsi və Sosial media strategiyaları

Anderson West - Onlayn film paylaşımı və sosial mediada dəstək

Miguel Angel Font Bisier - Film paylaşımı və reklam - Sosial mediada paylaşım

Kino istehsalçı Kevin Parry Sosial mediada filmlərin dəstəklənməsi

 

Websaytlar/ Bloqlar

Bir çox kinematoqrafların portfel və/ və ya onlayn CV kimi istifadə etdikləri websayt və ya bloqları var. Onların web televiziyalarına daxil olmaq üçün Web televiziya və/ və ya Film Annex düyməsini əlavə etməklə, izləyiciləri öz kanallarına istiqamətləndirə bilərlər. Film Annex Web saytında, sosial media ikonlarına bənzər ikonlar/ düymələr yerləşdirmişik, hansı ki, burada tapa bilərsiz. Lakin bəzi kino istehsalçılarımız daha yaradıcı davranaraq özləri üçün xüsusi səhifələr yaratdılar!

 

 

http://www.markkuczewski.com bu ünvandan Mark Kuczevskinin saytına daxil ola bilərsiz.

http://www.madlabproductions.ca ünvanında sağda Film Annex düyməsini basmaqla Web televiziyaya daxil olun

http://kenturner.blogspot.com ünvanında Ken sağ tərəfdə onun Web televiziyasına keçid düyməsini yerləşdirib. 

 

Film Annexdən video yerləşdirin

Kino istehsalçıların həmçinin öz websaytlarına və bloqlarına birbaşa video yerləşdirmək imkanı var. Video kodunu kopyalayıb yenidən əlavə etmək üçün, Film Annexdə yerləşdirilən hər bir videounun sol tərəfdə yuxarı hissəsində olan "chain" düyməsinə basın və adresi kopyalayın. 

Jonathan Ng http://jonjonphenomenon.com/2012/new-floor-kids-power-edition-2/ bloq yazısında öz videosunu yerləşdirib.


Sosial media platformaları

Əksər kino istehsalçılarımız, öz profillərindəki bioqrafiya hissəsinə URL əlavə etməklə və müntəzəm olaraq film və bloqlarına keçidlər yerləşdirməklə, Web televiziyaya keçidləri sosial medialarda paylaşırlar. 

 Andy Parkerin Twitter səhifəsində bu https://twitter.com/AndyParkerFilms keçid vasitəsilə onun Web kanalına daxil olmaq mümkündür. 

 

Freak Show Studiyalaları ( Ken Turnerin idarə etdiyi) Facebook səhifəsində aşağıdakı keçid vasitəsilə Web televiziyaya daxil olmaq olar

https://www.facebook.com/pages/Freak-Show-Studios 



Yuxarıda verilənlər, İnternet və sosial media vasitəsilə film və bloqların necə dəstəklənməsinə dair bir neçə nümunə idi. Bununla siz kütləni öz Web televiziyanıza istiqamətləndirəcək və daha çox gəlir əldə edəcəksiz. Həmçinin bununla digər kino istehsalçılar Film Annex və onun fəaliyyəti barədə öyrənə bilər. 



About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160