Dünyada müxtəlif konseptlər var. Ənənvi olaraq, bu coğrafi sərhədlərlə müəyyən olunur. Digər konseptdən yanaşdıqda, dünya şəbəkə toru İP( internet protokol) və domen adlar tərəfindən müəyyən olunub, hansı ki, bunlar da öz növbəsində daha çox imkanlar və limitlər olmadan konsepti genişləndirir.
Mənim bilavasitə dünyama, gündəlik və ya saatla düzənlənən cədvəlimə uyğun olaraq ünsiyyətdə olduğum insanların kiçik siyahısı daxildir. Bu, məni hər gün həvəsləndirən və liderliyimi müəyyənləşdirən faktordur. Bəziləri mənim tərəfdaşlarım, bəziləri birgə işlədiyimiz reklam şəbəkələri, bəziləri proqram təminatı üzərində işləyənlər və vaxtaşırı gələn marketinq strategiyalarından olan xaricilərdir. Hər bir şəxs və şirkət, əhatəsində olan insanları özü müəyyən edə bilər. Film Annex aşağıdakı yolla gedir:
Eren Gülfidan peşəkar kinematoqraflarla əlaqə vasitəsidir.
Tayler Trimbas peşəkar yazar və analistlərlə əlaqə vasitəsidir.
Mayk Sviney tərəfdaş müştərilələ əlaqə vasitəsidir.
Roya Məhbub Əfqanıstan, Mərkəzi və Cənubi Asiyada yazarlar, kinematoqraflar, proqram təminatçıları və İT ekspertlərlə əlaqə vasitəsidir.
Kinematoqraflar, yazarlar və proqram təminatçıları ilə bilavasitə və təsirli əlaqələr formalaşdlrmaq uğurun açarıdır. Bu insanların hər birinin, öz cədvəllərinə uyğun işləyərək və bacarıqlarından yararlanaraq ən yaxşı məzmunu ortaya çıxaracaqlarına əmin olmaq olar. Bəziləri siyasətdə uğur qazanır, başqaları isə filmləri gözdən keçirmək və sosial media strategiyalarında daha bacarıqlıdırlar. Hər bir insan yüksək keyfiyyətlərinə görə tanınmalı və uğurları qiymətləndirilməlidir.
Hər kateqoriya üzrə 5-10 fikir liderini cəlb edə bilərikmi? Öz insanlarımıza inana bilərikmi?
Mikro idarəetmə yanlış strategiyadır. Biz bundan yayınmalı və prosesi növbəti səviyyələrlə ölçməliyik. Beləliklə, Əfqanıstanda bugün 20 000 və sabah 200 000 uşaq dünya şəbəkə toruna daxil olacaq, mikro təqaüdlərdən yararlanacaq və Film Annex şəbəkəsində, Annex Press bloq platformasında və başqa şirkət və müəssisələrdə iş imkanları əldə edəcəklər.