Son bir neçə ay ərzində Səudiyyə Ərəbistanda vətəndaşlar mövcud rejimə qarşı çıxdıqları zaman üzləşdikləri ayrıseçkilik və haqsızlıqlar barədə yazmağa çəkinirdim. Əvvəlki məqalələrimdən birində üsyankar vətəndaşların hansı cəza tədbirləri ilə üzləşdikləri barədə yazmışdım. Lakin bu, Səudiyyə Ərəbistanda hər gün baş verən xoşagəlməz hallardan sadəcə biri idi. Bu ölkədə qadınlara qarşı şovinizm tədbirlərinin baş qaldırması üçün, onların rejimin əleyhinə getməsi vacib deyil: bellə hallar gündəlik olaraq onların həyatında baş verir.
Gender bərabərliyinə gəldikdə isə, Səudiyyə Ərəbistan dünyada ən çox əzilmiş xalqlardandır.2013cü il, Dünya İqtisadi Formunun, Beynəlxalq Gender Bərabərliyinə dair hesabatında, bu ölkə 136 ölkə arasında 127ci yerdə qərarlaşmışdı. 2012ci il, Noyabr ayında dərc etdiyim məqalədə belə aşağı pillədə qərarlaşmanın səbəbini izah etməyə çalışmışdım. Səudiyyə Ərəbistnda qadınlar, hər hansı bir kişi qəyyumun icazəsi olmadan, universitetə gedə, müyyən işlə məşğul ola, biznes qura və hətta bank hesabı belə aça bilməzlər. Dünyada yeganə millətdilər ki, qadınlara sürücülük haqqı vermirlər və yalnız olaraq ölkədən çıxmaq qadağandır. Gözləyin, mən hələ başlamamışam.
Bu ölkədə qızlar, tanımadıqları kişilərlə evlənməyə məcbur edilirlər. Bu cür uğursuz evliliklər ailədaxili münaqişələrə səbəb olur ki, nəticə etibarilə cinayət halları baş verir. Halbuki, bu vəziyyət Səudiyyə ərəbləri üçün adi hal hesab olunur. Bir çox qadınlar buna tab gətirə bilmir və erkən yaşlarında intihar edirlər. Bu azmış kimi, çoxarvadlılıq qanuni hesab olunduğu halda, qadınlar vəfasızlıqda şübhəli bilinərlərsə ölümə məhkumdurlar. Mövcu rejim isə bunu qadınları qorumaq naminə etdiklərini bildirirlər. Mənsə bunu, bu ölkədə olan hər bir qadının azadlığına qəsd kimi qələmə verərdim.
Keçən Oktyabr yazdığım məqalələrin birində, Səudiyyə Ərəbistanda qadınların hüquqları ilə bağlı məsələləri sosial şəbəkələrdə daha çox ön plana çəkməyin vacibliyini qeyd etmishdim. Mən əminəm ki, onların vəziyyəti barədə nə qədər çox bloqlar yazılsa, dünya ictimaiyyəti Səudiyyə Ərəbistanda təzyiqi artırar və bu hala etinasız qalmamaq üçün tədbirlər görülməyə vadar edər. Sosial şəbəkələrdə daha çox insanalar bu ədalətsizliklərə qarşı geniş kampaniyalar aparsalar, bu islahatlar özünü gerçək həyatda da doğrulda bilər. Biz onlara, rəqəmsal təhsil və sərhədsiz əlaqələr vasitəsilə kömək edə bilərik.
Müəllif: Giacomo Cresti