Suriya. Rəqəmsal təhsil

Posted on at

This post is also available in:

Keçən ay Suriyada münaqişənin başlamasının üç ili tamam oldu. Baxmayaraq ki, dəqiq say məlum deyil, lakin hesablamalara görə, əksəriyyəti günahsız vətəndaş olmaqla  130,000dən çox insan müharibədə öz həyatlarını itirib. Əsəd rejiminin öz xalqına etdiyi zülmün qarşısını almaqda dünya ictimaiyyəti aciz qaldığı üçün, Suriyada insanlar dözülməz həyat şəraitində yaşamağa davam edirlər. Və bunun nəticələri ən çox uşaqları sarsıdır. Silahlı mübarizənin törətdiyi təhlükələr, bir çox gənc Suriyalıların təhsilini davam etdirməsinə əngəl törədir. Hətta bir çox yerlərdə  məktəblər yoxdu. Bir çoxları üçün məktəb ikinci plandadı, çünki indi onlar üçün ən əsası sağ qalmaqdı. Müharibə başladığı vaxtdan bəri, 11000dən çox uşaq həyatını itirib. Bu sadəcə fenomenal reallıqdı. 

Keçən Fevral, BMT Suriya daxilində uşaqların vəziyyəti ilə bağlı həyəcan siqnalı verdi. Konflikt başladığı andan etibarən, Əsəd rejimi, yaşından asılı olmayaraq bu rejimin əleyhinə olanlara  qarşı amansız cəza tədbirləri gördürüb.Uşaqlar hələ də heç bir əsas olmadan həbs edilir və cinsi istismara məruz qalırlar. Fərqi yoxdu sənin Əsəd diktaturasına qarşı olub olmadığına dair əsaslı dəlil var ya yox, sadəcə biraz şübhəli davranışlar nəticəsində təqibə məruz qala bilərsən. Həbsxanada olanlara isə, dözülməz işgəncələr edilir.    

Suriyadakı uşaqların inkişafını təmin edən anti-Əsəd dəstələr  barədə danışsaq, onların da günahsız olmadığı ortaya çıxır. Bəzi hesabatlarda faktiki olaraq göstərilmişdir ki, 12 yaşdan başlayaraq uşaqlar üsyankar dəstələrə cəlb olunurlar. Suriyalı üsyankarların uşaqlara qarşı etdikləri bu vəhşiliklər gələcək nəsillərin həyatında öz  mənfi təsirlərini büruzə verəcək.   

Keçən ay UNİCEF belə bir hesabatla çıxış etdi ki, "Suriyada 5.5 milyon uşaq ehtiyac içindədir". Məktəbə getmək, gündə üç dəfə yemək yemək artıq arxa planda qalıb. Saysız hesabsız uşaqlar rahat elektrik və su ehtiyyatından istifadə edə bilmirlər. Onları gözləyən heç bir təhlükə haqqında düşünmədən evi tərk edərək yemək axtarışına çıxmaq artıq onlar üçün ən vacib işdir.  Müharibənin təsirləri sağ qalmağı bacaran Suriyalı uşaqlarda öz izlərini qoyacaq. Müharibə bitməlidir. Artıq 3 il keçib, lakin Suriyalılar hələ də kömək gözləyirlər. 

Dünya ictimaiyyətinin bu hadisələrə qarşı səzsiz qalması isə daha da məyusedicidir çünki, onlar kifayət qədər yardım göstərə bilərlər. Rusiya və Çinin veto qərarı ölkədə hərbi vəziyyət elan edilməsinin qarşısını alsa da, daha çox təzyiqlə bu super güc ölkələr öz sülhməramlı qoşunlarını ölkəyə yeritməlidirlər. Bir yandan da, Rusiya və İran Əsəd qüvvələrini silahla təmin etməyə davam edirlər. Yardıma ehtiyacı olan Suriyalılara daha çox kömək edilməlidir. Nəticə etibarilə isə, ailəsiz qalan Suriyalılara məntiqli dəstək göstərilməlidir. Həmin uşaqlar gələcəkdə ölkənin liderlərinə çevrilə bilərlər, ona görə də beynəlxalq ictimaiyyət bu uşaqlara yardım etməli, onların qayğısına qalmalı və təhsillə təmin etməlidir. 

Siz də, müharibədən əziyyət çəkən Suriyalı uşaqları dəstəkləmək məqsədilə sosial medialarda apardığımız mübarizələrdən kənar qalmayın. Sosial meadi yazılarının təsiri böyük ola bilər. Sizdən istəyim budur ki, yardıma ehtiyacı olan Suriyalılara dəstək məqsədilə təbliğatı gücləndirin. Və beynəlxalq ictimaiyyəti bu məsələlərə biganə qalmamağa səsləyin. Həmin insanların yerində biz də ola bilərdik. 

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *

Müəllif: Giacomo Cresti

 

 



About the author

lala-nazimli

Born in a little conservative town in Azerbaijan, I’m in love with social work. Involved in issues relating Women’s Rights. Stuck to the thought of investigating women problems in my community, I am massively encouraged to translate blog posts into my native language in order to let all the interested…

Subscribe 0
160