Tənqidi düşüncə sahibkarlığın və uğurun əsasıdır. Keçən həftə, Tribekada valideynlərlə birlikdə məktəb şənliyində, mənim dostum, bəstəkar və alim Nikolas Hersonla ,bizim Əfqanıstandakı layihəmiz üçün tənqidi yanaşımın dəyərini və onun Mərkəzi və Cənubi Asiyanın- Banqladeş, Butan, Hindistan, Qırğızıstan, Qazaxıstan, Maldiv adaları, Nepal, Pakistan, Şri Lanka, Tacikistan, Türkmənistan və Özbəkistan kimi ölkələrində təhsil sisteminə və iqtisadiyyatına nə kimi töhvələr verə biləcəyini müzakirə etdik. İlk əvvəl, mövcud olan adət -ənənlərlə bağlı konfliktin aradan qaldırılması üçün tənqidi düşüncınin bu qədər sürətlə təbliğ olunmasının əleyhinə olsam da , bir həftə sonra mövqeyimi tamamilə dəyişdim.
Əgər tənqidi düşüncə olmasa, onda "Yumurta əvvəl yaranıb, yoxsa toyuq?" sualı ortaya çıxmazdı. Müvafiq və stimul verici suallar olmasaydı, cavablar da olmazdı. Məsələn, yaxşı tələbə olmaq üçün sənin yaxşı müəllimlərin və həmçinin sualların olmalıdır. Sadə yolla desək, maraq həyatın nəbzidir. Tənqidi düşüncə isə həyatın idarəsidir. Bu proses sənin daxilində baş verir və buna ikinci bir şəxsi aid edə bilməzsən. Bu kortəbii yox, düşünülmüş bir hadisədir. Dana bilmərəm ki, mən də məktəbdə elə də yaxşı tələbə olmamışam. Mənim diqqət aralığım məhdud id və şifahi cavablarım hər zaman yazılı testlərin nəticələrini üstələmişdir. Mənim danışarkən arqumentlər gətirmək bacarığım mükəmməl idi ama yazılı testlərimin nəticələri heç vaxt ürəkaçan olmayıb. Orta məktəbi bitirməmişdən iki il əvvəl, ABŞ -da, Los Angelesdə bir şirkət qurdum, o ölkədə ki, hər zaman testlərdən aşağı nəticə göstərdiyim İngilis dili əsas danışıq dili idi. Bu iddiadan boyun qaçırmaq əvəzinə, bu fürsətdən yararlanmağa cəhd etdim və nəticədə yeni biznes və işlər qurdum. Öz zəifliyimdən agah idim, lakin mən öz fikirlərimin ardınca getməyə və gözləntilərimi də üstələməyə qərar verdim. İki il sonra məktəbimə baş çəkdikdə, İngilis dili müəlliməm məni uşaqlara təqdim etmək və mənim uğurlarımı qiymətləndirməkdən qürur duyurdu.
Mən, həmçinin az kitab oxuyan və hər zaman bununla bağlı zarfatlar edən biri kimi də tanınıram. Kitab maraqlı olanda, mənim tənqidi düşüncəm çox uzaqlara gedir və mən suallar verməkdən, onlar uyğun cavablar və həll yolları axtarmaqdan əl çəkə bilmirəm. Bu mənim həyatımı çətinləşdirir. Hər bir kitabdan, əsasən, 10-20-30 biznes ideyası götürmək olar. Ceremi Rifkinin The European Dream( Avropalının arzuları) çox inandırıcı idi və eyni zamanda tənqidi düşüncə işgəncəsi kimi bir şey idi. Son 8 ildə həmin kitabdakı, məni həvəsləndirən ideyalar barədə düşünməkdən yayına bilmirəm. Həmçini bu kitab, Əfqanıstan, və eləcə Mərkəzi və Cənubi Asiyanın digər ölkələrində- Banqladeş, Butan, Hindistan, Qırğızıstan, Qazaxıstan, Maldiv adaları, Nepal, Pakistan, Şri Lanka, Tacikistan, Türkmənistan və Özbəkistanda etdiyim işlərdə daha da həvəsləndirir.
Mayk Sviney hamıya deyir ki, mən hər səhər Əfqanıstanda- Heratda olduğumu düşünərək oyanıram və buna əsasən günümü planlayır, strategiyamı seçir və əlavə edərdim ki, tənqidi düşüncəmi kökləyirəm. Tez-tez insanlardan eşidirəm:" Mən öz işimi görürəm" mənsə deyərdim ki, " mən öz işimi yaradıram." Bununla yorucu qrafiklərlə işləyir, səhvlər edir və tənqidlərlə üzləşirəm, lakin eyni anda bu mənim üçün böyük mükafatdır. Mən hər gün, Manhattandakı (Nyo York) ofisimdən Heratdakı işlərimi idarə edirəm. Mən Yeni Heratı belə görürəm.
Keçən gecə, Benson Henderson və Nate Diaz arasında olan UFC( Ultimate Fighting Championship) döyüşünü izlədim. Benson Hendersonun arxasına Mələk qanadlarını xatırladan tatu var idi. Bu, mənə Fereşteh Forufu xatırlatdı, çünki Fereşteh sözü Mələk mənası verir. Ondan elektron poçt vasitəsi ilə döyüşə baxmasını xahiş etdim və o döyüşü izlədi. Bu səhər, düşündüm ki, ondan UFC və Mixed Marital Arts( Qarışıq Hərbi İncəsənət) və onların gətirdiyi uğurlar barədə daha çox məlumat toplasın və Əfqanıstana, Mərkəzi və Cənubi Asiya cəmiyyəti və mədəni sivilizasiyasını ehtiva edən ərizə formasında bu barədə rəy bildirsin. Bu, uğurlu biznesin əsası ola bilərdimi? Cəmiyyətə töhvə verə bilərmi? Cüdoist kimi 30 illik təcrübəmə əsaslanaraq deyə bilərəm ki, müasir zamanda döyüş növləri çox vacibdir. İndi, Fereşteh Forufun bu məsələ ilə bağlı fikirləri mənim üçün çox maraqlıdı. Benson Henderson Əfqanıstanda, qəfəsdəki döyüşçünün başqa cür təzahürü ola bilərmi? Təsadüfi deyil ki, o da iki bürünc medal sahibi, Əfqanıstanın Olmimpiya oyunlarındakı təmsilçisi Ruhulla Nikpai kimi Taykvando ustasıdır.
Nyo York Atletik klubunda 40 nəfərə cüdo dərsi keçdikdən sonra, 2 yaxın dostumla qəlyanaltı edirdik. Onlara bloqqinqin mənim üçün dəyərini, düşünməkdə və konsepləri düzgün ifədə etməkdə məni necə nizam-intizama saldığını dedim. Onlardan biri dedi ki, mən, sevdiyim peşəni tapmışam ama bu, o anlama gəlməməlidiri ki, hami eyni şeyi sevir. Onlara izah etməyə çalışdım ki, mən məhz buna görə yazıram. Bu, mənə nəyin vurğunu olduğumu aşkarlamağa imkan verir. Digər dostum isə, vurğuladı ki, nə haqqında yazacağını müəyyənləşdirmək onun üçün bir mübarizədir. Bax burda onun tənqidi düşüncə çatışmazlığı üzə çıxır. Ona, irsiyyəti və keçmişi barədə yazması üçün əla bir işarə verdim. Ümid edək ki, bu nişan onu irəli getməyə və öz tənqidi düşüncəsindən yararlanmağa vadar edəcək.
Bəli, biz hamımız eyni deyilik. Bizim tənqidi düşüncə və maraq dairəmiz eyni səviyyədə deyil. Səmimi olaraq, bu məni nafahat etmir. Mən sadəcə ümi edə bilərəm ki, mənim ətrafımdakı insanlar həyata bağlansınlar və nəsə etsinlər. Bu gözləntilərimi Əfqanıstanda Eksamer Təhsil Sisteminə daxil olan və bizim vasitəçiliyimizlə Dünya Şəbəkə Toruna qoşulan 30,000 nəfərə də aid edə bilərəm. Mən yüksək qiymətlərlə oxuyan şagirdləri axtarmıram. Mənim üçün ən əsası onların maraq dairəsinin geniş olması və tənqidi düşüncədən yararlanmaq bacarıqlarının olması, bununlada öz idealarını gerçəkləşdirə bilmələridir. 3D Printing in Afghanıstan ideyası da məni çox ruhlandırıb, çünki mən əfqan uşaqlarının öz mədəni irslərinə dayanaraq, yaradıcı fəaliyyətlərini görə bilirəm. Edüard Zellemin, "Afghan Proverbs İllustrated" kitabını oxusanız, Marefat orta məktəbinin əfqan tələbələrin, uzun illərin sınağından keçmiş atalar sözlərini öz yeni ideyaları ilə illutrasiya etdiklərini görə bilərsiniz.
Onlar növbəti Angry Birds və ya Yoda oyunlarının istehsalçıları ola bilərmi? Onlar Lego və ya Star War-un yeni xarakterlərini canlandıra bilərmi. Yeni dünyanın yeni tənqidi yanaşımlara və həll yollarına ehtiyacı var. Bunlar aşağıdakılardır :
Təsadüfi deyidir ki, bu həftə Roya Məhbub Qadın Sahibkarlığına dair konfransda iştirak etmək üçün Banqladeşə səfər edəcək. O, layihəmizin icrası üçün,Mərkəzi Asiya regionunda, xüsusilədə Əfqanıstan üçün vacib mövqeyi olan Banqladeşdə yeni tənqidi fikirli qadən sahibkarların axtarışındadır.